Fikrət Qocadan xəbər var
13.02.15
"Fikrət Qocanın vəziyyəti nisbətən stabilləşib. Dünən vəziyyəti çox pis idi. İndi oğlu ilə danışdım, deyir, həkimlər müayinənin nəticəsindən asılı olaraq, müalicəni davam etdirəcəklər”. Bunu xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca deyib. Onun sözlərində görə, şairin ürək damarlarını təmizləmək mümkün olmasa, əməliyyat edəcəklər: “Həkimlər dünən deyiblər ki, vəziyyət çox ciddidir. Bu gün oğlunu tanıyıb, bir-iki kəlmə kəsə bilib. Yəni ünsiyyəti bərpa olunub. Hazırda müalicələri davam edir, dünənə nisbətən əlli faiz yaxşılaşıb. Biz də inşallah həkimlərdən yaxşı xəbər gözləyirik”. Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün dünən İstanbula aparıblar. /APA/
|