Azərbaycan kitabları Belarusda
12.02.15
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fevralın 11-də Belarusiyanın paytaxtı Minskdə keçirilən XXII kitab sərgisinə qatılıb.
Sərginin Fəxri qonağı Çin Xalq Respublikasıdır. 40-a yaxın ölkənin iştirak etdiyi sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hazırlanan stenddə 200 adda kitab yerləşdirilib.
İştirakçılara Azərbaycan respublikasının tarixini, mədəniyyətini özündə əks etdirən kitablarla yanaşı, 2015-ci il Avropa oyunlarının keçirilməsi ilə bağlı kitabçalar və fleyrlər paylanıb. Sərgi 15 fevral tarixinə qədər davam edəcək.
|