Artpress.az şağdaş fars şeirinin nümayəndəsi Lalə Məmnunun şeirlərini Elşən Böyükvəndin çevirməsində təqdim edir.
Yorğunam, bilirsən Küləyin kürəyində yeriyərkən Hər yolçunun çiyini bir xiyabandır.
Pəncərələr vəsvəsəsi əlindən Daha bütün qapıları açıq qoymuşam Dustaqlar Özgürlüyü qonşu divarını aşmış insanların payıdır.
Bax Qələm dodağından unudulmuşdur ağzım Şair insan axınından dili tutulmuş kəlmələrdir və sözün üsyan tarixini bilən səssizlikdən savayı eşq əruzunu pərişanlaşdırmağa giley yoxdur şeirim rədifində.