Xanım Aydın - Salam
06.02.15
Artpress.az gənc yazar Xanım Aydının salamlaşma haqqında məqaləsini təqdim edir.
Salamlaşmaq Allahın "Salam" adından götürülüb. Ərəb sözüdür. Bəzi mənbələrə görə "sülh olsun", bəzi mənbələrə görə isə "qüsur və pislikdən uzaq xoşbəxt bir həyatın olsun" mənasını daşıyır. Peyğəmbərimiz Məhəmməd (s)-dən rəvayət edilən hədisdə deyilir: "İstər Allahın, istərsə də Peyğəmbərin yanında bəyənilən kəs, sözünə salamla başlayandır"! Deyilənlərə görə salamlaşmanın 70 savabı var ki, bunlardan 69-u salam verənin, 1-i isə salamı alanındır. Həm də salamlaşmanın bir savab iş olduğunu da deyənlər var. Hər gün bəlkə də fərqinə varmadan onlarla insanla görüşür, salamlaşırıq. Bu prosesin əslində döyüş tarixiylə bağlı olduğundan bir çoxları məlumatsızdır. Belə ki, qədim dövlərdə kişilər mütləq sağ əllərində silah gəzdirərdilər. Xoş niyyətlə, heç bir qərəzi olmadan görüşən kişilər silahsız olduğunu bildirmək üçün boş sağ əllərini bir-birinə uzadıb salamlaşarmışlar. Tədricən bu vərdiş görüşmək nümunəsinə çevrilmiş və günümüzün adi bir adəti olmuşdur.
Mübarək Qurani-Kərimin müxtəlif ayələrində "salam" sözünə rast gəlinir. Məsələn, Ezhab surəsinin 57- ayəsində belə deyilir: "Həqiqətən Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərib layiqincə salamlayın". Furqan surəsinin 75-ci ayəsində isə bu cür deyilir: "səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr ilə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!".
Salaşmaya ən gözəl əlavə təbəsümdür! Bəzən ürəkdən gələn, dünya rəngli gpzlərdən dodaqlara axan həfif bir təbəssüm insanda bütün gün üçün xoş əhval-ruhiyyə zəmini yaradır. Bəlkə də əzizlərimizdən umduğumuz məhz həmin bu təbəssümdür. Bir-birimizdən salamı, təbəssümü və uzanan əlimizi əsirgəməsək yaşamaq daha rahat, daha gözəl olar.
Bir az da salamlaşma etiketləri barəsində qeyd edim. Etiketə görə kiçilər görüşəndə mütləq əl sıxıb salamlaşmalıdırlar. Qadınlar görüşəndə adətən öpüşüb görüşürlər. Kişiylə qadın görüşürsə birinci salamı kişi verməli, lakin əlini uzatmamalıdır. Əl sıxıb görüşmək üçün özünün istəyindən asılı olaraq əlini qadın uzatmalıdır. Salamlaşma adət-ənənəsi müxtəlif xalqlarda müxtəlif cür olsa da, onun əsasında insanların görüşüb gözəl gün, xeyir, uğur, can sağlığı arzulamaqları, hal-əhval tutmaqları dayanır. Bütün bu xoş niyyətləri bir-birilərinə çatdırmaq üçün əl uzaıb salamlaşmaq lasımdır.
Bəs ümumiyyətlə insanlar bir-birlərinə əl uzatmalıdırlarmı? Uzatmalıdırlar! Hörmət və sevgi naminə, insanlıq naminə. Əl tutmaq üçün əl uzatmalıdırlar. Yaşamaq onsuz da ağırdır, çətindir. O çətinlikləri aşa bilməyə özündə güç tapmayanı həyat, güc tapıb dəf edənsə həyatı ram edəcəkdir. Bu yazılmamış qızıl qanundur! Mübariz olmalısan! Yardım üçün bizə uzanan əli sağ əlimizi, yardımına ehtiyacımız olan ələ sol əlimizi uzadaq. Halqa yaradaq! Əl uzadaq ki, tutduğumuz əlin bizə, bizimsə ona ehtiyacımız var!
|