Vasif Əlihüseyn - Rayondan gətirdiyim yorğanıma bürünmüşəm...
04.02.15
ƏN TƏMİZKAR QADINLAR KİMİ DEYİNİRƏM
Heç nə sənin bildiyin kimi deyil. Uzaqdan baxanda, bu tənha evimdə kefdəyəm səncə, təkliyimi də hiss edərsən mən ölüncə.
Stolumun üstündə iştahsızlığımın işarəsi olan kolbasa qırıntıları, dünəndən qalmış çörək və hər gün yanından keçdiyim zibil torbası var qapımın ağzında. Hardasa, evi sildiyim yerdə şəklimi çəksəm, doyunca gülərsən... ən təmizkar qadınlar kimi deyinirəm evi təmizləyəndə... ən təmizkar kişilər kimi geyinirəm sən olmasan belə
İsinmir bu otaq, isinmir, ikicə qızarmış siminə qısılmışam sobanın rayondan gətirdiyim yorğanıma bürünmüşəm. uzanıb sabahın açılmağını gözləyirəm evdən çıxmaq üçün.
|