“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
04.02.15
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb.
Jurnalın ilk səhifələrində ötən nömrədəki materiallar haqqında yazıçı-dramaturq Firuz Mustafanın “İstedadlı yazarlar… istedadlı yazılar…” adlı ekspert rəyi verilib. Ekspert, gənclərin yaradıcılığını sistemli şəkildə izlədiyini bildirib və bu qənaətə gəlib ki, gənclərin əksəriyyətinin ədəbi zövqü az qala eyni müstəvidə, eyni “qəlib”də formalaşıb.
Jurnalın “Tribuna” rubrikasında professor Buludxan Xəlilovun “Ürəklə ağlın vəhdət poeziyası” yazısı dərc olunub.
Nəşrdə Vaqif Bəhmənli, Rafiq Hümmət, Əkbər Qoşalı, Əli Nəcəfxanlı, Fərid Həsənzadə, Cahan Gülsün, Cumali Karabülbül və Toğrul Kərimlinin şeirləri təqdim edilib.
Almaz Ülvi “Nağıl ömürdən sətirlər” yazısında mərhum şair Ülvi Bünyadzadənin həyat və yaradıcılıq yolundan söhbət açıb.
Jurnalın “Tərcümə saatı”, “Dərgidə kitab” və digər bölmələrində yeni təqdimatlar var. /AzərTAc/
|