“Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışının təqdimatı keçirilib
03.02.15
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün Xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açıb. Qeyd edib ki,ölkədə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Həmçinin, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, bir sıra dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi ulu öndərin gənclərə böyük qayğısı idi. Bu gün də Azərbaycan rəhbərliyi tərəfindən gənclərin problemlərinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Bütün bu qayğı və diqqətin gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratdığını, habelə dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldildiyini vurğulayan akademik İsa Həbibbəyli Dövlət proqramlarından irəli gələn vəzifələr işığındaAkademiyada aparılan islahatların atrıq uğurlu nəticələrə yol açdığını bildirib. Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan akademik İsa Həbibbəyli bu gün elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb. İnstitut rəhbəri akademiyanın qədəm qoyduğu müasir inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolunun artdığını diqqətə çatdıraraq elmi-tədqiqat müəssisəsində gənc alimlərinböyük fəallıq göstərərək elmi axtarışlara daha həvəslə can atdıqlarını qeyd edib. Akademik İsa Həbibbəyli institutda nəşr edilən, Ali Attestasiya Komissiyasınıntövsiyə etdiyi elmi nəşrlər sırasında yer alan “Ədəbiyyat məcmuəsi”nin növbəti sayının gənc alimlərin yaradıcılığına həsr edilməsini təsadüf deyil, bunun zərurətdən yarandığını bildirib. Tamamilə gənc alimlərin elmi məqalələrinin yer aldığı jurnalın bu nömrəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan akademik İsa Həbibbəyli göstərilən istiqamətdə bir sıra yeni tədbirlərin nəzərdə tutulduğunu bildirərək gənc alimlərə uğurlar arzulayıb.
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə nəzərdə tutulan digər bir məsələ - “İlin gənc alimi” nominasiyası üzrə mükafatlarınqaliblərinin adlarını da açıqlayıb. 2014-cü ildəki elmi fəaliyyətlərinə görə “İlin gənc alimi” nominasiyası üzrə qalib gəlmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və institutun elmi işçisi Nərgiz Cabbarlıya mükafatları akademik İsa Həbibbəyli təqdim edib.
Tədbirdə “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Ədəbiyyat nəzəriyyəsi”nin gənclər sayının ədəbi-nəzəri aspektləri” və “XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü)” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Tehran Əlişanoğlunun “Aktual elmi-ədəbi gənclik və müasirlik” mövzularında məruzələri dinlənilib. Məruzələrdə məcmuənin gənclərsayının bir sıra məziyyətlərindən, elmi istiqamətləri və əhəmiyyətindən bəhs edilib.
Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, “Ədəbi tənqid” şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı və doktorant Mehman Həsən çıxış edərək gənc alimlərə göstərilən diqqət və qayğıdan danışaraqelmi nəşrlərin xüsusi buraxılışına və verilən mükafatlara görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. /ayb.az/
|