Əlabbas - Erməninin anasını ağladan
02.02.15

Öz dostları və yazıçı həmkarları barədə yazıçı Əlabbasın xırda-para qeydləri oxucular tərəfindən həmişə maraqla qarşılanıb. 

Bu yığcam hekayətlər həm müəllifin özünü, həm də onun “qəhrəmanlarını” bizlərə bir ayrı yöndən tanıdır.


Artpress.az yazıçı Əlabbasın göndərdiyi dostluq hekayələrini təqdim edir



   Diqqət

Birini şəhərin o küçəsindən, o birini  evinin qarşısından,  digərini tamam başqa bir dalandan götürməklə Nəriman Əbdülrəhmanlının qız balasının  toyuna, 8-ci km. qəsəbəsinə bir maşın dolusu yazıçı-şair aparmışam. Görkəmli türkoloq Əsgər Rəsulov da yanımızdadı. Bu, ən azı o deməkdi ki, toydan sonra  hardasa, şəhərin çox sakit, sayılıb-seçilən yerlərindən birində  mütləq çay süfrəsi və dadlı-duzlu bir ədəbiyyat söhbəti olacaq.
     Sərt şaxta olmasa da, hamı qalın geyinib. Heç kim isti maşından düşmək istəmir. Motoru söndürəndə aqilanə bir tərzdə:
     -Palto-papağınızı maşında qoyun ki,-deyə dostlara məsləhət eləyirəm,- çıxanda qarderobda vaxt itirməyək.
     Sözümü gözləyirmiş kimi, soyunmağa amadə dostlara göz gəzdirən Əsgər müəllim tənəli baxışlarla:
    -Qoymazsan  camaat çörəyin qazana?-soruşdu və söhbətdən, həmişəki kimi, özünəxas dəqiq məna çıxartdı,-hərəyə bir manatdan altı manat  pul var burda. O da onun qismətidi. Araya cığallıq qatma.
      Uzaqgörənlik və təmkininə görə  həmişə qibtə elədiyim  Əsgər müəllimin nəyə işarə vurduğunu hiss edən kimi mərasim zalının asılqanında işləyən, belinə şal dolanmış qadının – onları   soyuq havada daim belə görmüşəm –məhzun çöhrəsini xatırlayıb  artıq bir qolunu soyunduğum paltonu təzədən əynimə keçirdim:
     -Manatın biri məndə, üzr istəyirəm.     


  Mənəm, Marksdı…

Ad günümlə bağlı «525»ə material göndərmək istəyimi biləndə Yaşarı gülmək tutdu:
     -Qağa, məndən iki gün balacasan ki,-dedi, üstəlik təbrikini çatdırıb  Bulqakovu onsuz da sevdiyini, amma mayın 3-də, məhz onunla bir gündə  doğulduğunu biləndən sonra  böyük sənətkarı özünə daha yaxın sandığını da  gizlətmədi, bir yazıçı olaraq  qısa və yığcam yazdığı kimi, cəmi üç cümlə ilə bir əhvalat da danışdı:
   -Bir dəfə Kamyunun şəklinə baxıram. Demişdilər, biz  bir-birimizə oxşayırıq. Qəribədi ki, yenidən  vuruldum Kamyuya. İndi də sən,  vur-tut iki gün fərqimiz var.
   Yaşarın dediyini dolayısı ilə mən də təsdiqlədim:
    -O sözü dostlara mən də demişəm. Mənəm, Marksdı, biz də bir gündə anadan olmuşuq, mayın 5-də…  Fərq bir ondadı ki, o, Trirdə doğulub, mən Naxçıvanda.




   Ə, mənnən adam yaşıyar?        

 Saday (Budaqlı) zəng vurub, hal-xoş eləyir. Soruşur ki, harda itib-batmışam, niyə çoxdandı görünmürəm? Xeyli sorğu-sualdan sonra mənə də növbə çatır,tərcümə mərkəzinə görə gözaydınlığı veribtəzə işini təbrik eləyirəm, xeyli söz-söhbətdən sonra onu da  xəbər alıram ki, Nurlangil (oğlu) ayrı qalırlar, ya onlarla bir yerdə?
     Saday onsuz da yaxşı yazıçıdı, amma ən maraqlısı odu ki, heç vaxt  yazdığı kimi  mürəkkəb  danışmır.  Qəribə bir yumoru, həssaslıq və hazırcavablığı var.  Sualıma  suallada cavab verir:
     -Ə, mənnən adam yaşıyar?











  Mən qocalmazdım…

Cümə günü «Aydın yol» Əhməd Oğuzun təzə şerlərini və şəklini verib. Ona baxıb axırıncı dəfə haçan görüşdüyümüzü xatırlaya-xatırlaya  əlimi telefona uzadıram:
      -Nə yaman qocalmısan, ay Əhməəəd, sən beş-altı ay qabağacan cəngavər kimi oğlanıdın.
     Sözümün canına yağ kimi yayıldığını gülüşündən hiss eləyib davamını da gətirirəm,-mən həmişə sənin simanda tipik Azərbaycan kişisinin obrazını görmüşəm. Enli alın, çatma qaş, qartal burun…  Amma baxıram ki…
     -Mən qocalmazdım,-Əhməd sözümü ağzımda qoyubdərindən  ah çəkir,-məni Sadaynan, Mahmud qocaltdı.Bilirsən nədi onnar? Hələ o Mahmud... Görüm ilan vursun onu…








  Zər

Aslan (Quliyev) təzə işə düzəlib. Rayondan zəng eləyib  ki, vəsiqəsini almaq üçün Bakıya gəlir, mənə yaxşılığı o  olar ki,   bu dəfə qabağına çıxmayım, yoxsa dərimə saman təpəcək.
        -Çıxma deyirsən, çıxmayım da,-o saat boyu əyirəm; bələdəm Aslanın kəramətinə, belə şeylərini çox görmüşəm.   O da var: bütün yayı nərddə üst-üstə filan qədər uduzmuş adamın hədə-qorxu gəlməkdən  başqa da yolu olur yəni?  Hərdən  məzələnirəm də ki, nərd səninçün roman yazmaq deyil e, oturub on beşini birdən yazasan. Elmdi  bu, qağa, elm. Adına zər oyunu deyərlər. 
       Aslanın istedadına söz ola bilməz,  dost kimi də çox dəyərlidi, düzgünlükdə  isə heç əvəzi yoxdu,  amma neyləyə bilərsən ki, qüsuru da var: dili şirin deyil. Onu da nədən bilmişəm? “Dilini şirin elə, səni  udmayım, yoxsa bəxtindən küs” – vaxt-bivaxt   tövsiyə eləməyimə baxmayaraq, özünə yığılmır ki, yığılmır. Mənə də, Eyvaza da (Zeynalov) “odunçu” deyir.  Dediyinə görə, bizim bircə baltamız çatmır.  Sizin kimi “atanşik”  görmədim, deyir. Hələ sağ olsun ki, payızın əvvəllərində mətbuata müsahibəsində ötən yay nərddəbaşına gələn müsibəti (!)  oğul kimi boynuna aldı.  O da dediyim o düzlüyünün hesabına... Bunları açıb-ağartmaya da bilərdim, di gəl bu düz adam, özümə də maraqlıdı,  niyə  sübut etmək istəyir ki, mənim səhvim var,  burda zərlik bir şey yoxdu,  hər şey bəxtdən, taledən asılıdı. Uddu-uduzdu da zəri söyər ki, dediyini sübuta yetirsin. Yeri gəlmişkən, o sözü mən demişəm ki, nə var zərlədi, zorla deyil. Əlbəttə, mən onu daha böyük anlamda işlətmişəm, söhbət heç də tək nərddəki zərdən getmir.
Əlqərəz...  Rayondan çıxanda  bir zəng vurur, Salyana çatanda bir, Ələti keçəndə bir... Nəyi də unutsa, hərbə-qadağa gəlməyi  heç unutmur və   axır ki, gəlib şəhri-Bakıya varid olur. Beş-on dəqiqəlik hal-xoşdan sonra ən vacib sualı səsləndirirəm: məşq-zad eləyib, ya elə-belə, Allaha pənah oynayır?
     -Allahı qumara qatma, məşq də eləmişəm, necə lazımdı. 
     -Bu, başqa məsələ. Yoxsa başlayırsan zəri söyməyə. Sən oyununu oyna, nə işin var onnan?
     Yaxşı başlayan Aslanın yenə tərs damarı tutur:
     -Nə deyirsən de, bircə onu demə, söyəcəm, lap canın da alacam. Nə zər, ə? Zər kimdi mən olan yerdə?
    Zərin nə,  bəlkə, doğrudan da, Aslan demiş, kim olduğunu xiridarlar yaxşı bilərlər. Amma gerçək budu ki, iki tasdan sonra zərləri dəyişmək  də o gün Aslana kömək eləmədi. Yaydakı faciəvi nəticə təkrarlananda  isə nərdtaxtanı yavaşca bir tərəfə itələyib pürrəng çayı qabağına çəkdi:
     -Roman  yazırsan, tənqid düşmən olur, əsər çevirirsən, tərcüməçilər inciyir,  indi nə deyirsən, səni udub, bir dostdan da  olum? Yoox, onu görməyəssən,  onsuz da neçə ildi itirə-itirə gedirəm.  


Zikr 


 Çox şeyi çoxlarindan qat-qat çox bilən parapsixoloq Fərzuq Seyidbəyli sonvaxtkı narahatlıqlarımın səbəbini əsasən ruhla baqlayır, soruşur ki, niyə özüm özümü məhv eləyirəm, belə yaramaz. Sonrakı  izahları da maraqlıdı:
   -Ödündə daş, böyrəyində çöküntü, boynunda duzlaşma var.
   -Elə bu?... Bəs mədə xorası, qandakı hepatit, qan təzyiqi, təngnəfəslik, miapiya?-mən soruşuram.
   -Səbrin olsun, yavaş-yavaş gəlirəm də,-deyib o, düz gözlərimin içinə baxır və aradabir onu  da xəbər alır ki, dedikləri ilə razıyammı?  Bilirəm, bütün bunlar hamısı ondan ötəridi ki, bu, artıq bir neşə dəfətəkrar olunub, axırda soruşsun:
    -Sən niyə zikr eləmirsən? Özün də allah adamı.
    -Mən düz otuz beş ildi zikr eləyirəm, qağa,  təsbehlə zikr eləyənlərdən də fərqim ondadı ki, mən onu yazılı şəkildə eləyirəm. Deyirəm qoy bir surəti də gələcək nəslə qalsın. Bundan yaxşı zikr? 
    -Əzizi-mən, yazanda döyüşür, çarpişır,  mübarizə aparırsan,-deyib Fərzuq mənə təzə sirr açır,-zikrə ki başladın, təslim olur, itaətə gəlir, Allah deyəni deyirsən.  Onda canın sağ, təzyiqin də qaydasında olur.  Özün bil...


Piano əhvalatı

Salman  qırx illik dostumdu. İxtisasca geoloqdu. Universitet bitirib.  Amma başdan-binadan mebel ustası işləyir və tay-tuş olmağımıza baxmayaraq, həmişə mənə  bal kimi şirin bir ləhcədə “Əlabbas müəllim” deyir. Uzun illərin ayrılığından sonra axır ki, ötən yay bizə naqafil bir görüş nəsib oldu və heç gözləmədiyim halda o görüş mənə “Şəbi-hicran” hekayəsini yazdırdı. Sonluğu çıxmaqla həyatımın anbaan  gerçəyi olan hekayədəki həmin əhvalatın ucundan-qulağından  Salmana danışmağımın axırı da o oldu ki, ayrılandan iki saat sonra hardansa mənə zəng vurub qəmgin səslə:
      -Ay Əlabbas müəllim,-dedi,-gəlsaa pianinoyu qaytarım?! Çox pis olmuşam.
    -Əstəfürullah...
    İş ondadı ki,   sözügedən pianinonu  alandan  iyirmi beş il sonra  Salmana bağışlayıb, özünə də dedim: “Qoy məndən nəvənə yadigar qalsın”
Ən kasıb vaxtlarımda, üç uşaqla, xəstə yoldaşımla  kirayədə  qala-qala baha qiymətə aldığım o pianonu   satmaq  yox, hərçənd bunu etmək əsəblərimin yay kimi gərildiyi bir məqamda ən  sərfəlisi və asanı idi, daha rahat  bir yerə, etibarlı adama əmanət etmək istəyirdim. İllərcə bizimlə bir damın altda qala-qala ailəmizin az qala sıra nəfərinə çevrilmiş, yaşda özümdən, bəlkə də, böyük olan o “qosqocaman varlığı” ömrümün  bu vaxtında satmaq məndən ötrü   elə dost satmaq kimi bir şey olardı. İndi isə  ondan tam arxayınam:     Salmangil həyət evində yaşayırlar, dar-düddək bina  mənzilinə baxmış,   orda genişlik, rahatlıq,  qonum-qonşunu rəncidə etməyən  uzaq bir səs məsafəsi  var.
     Nə vaxtsa, istənilən günün birində  ona  baş çəkməyə gedəcəyimi düşünəndə,  2007-də köhnə “011”-imi satmaqla   artıq bu hissləri bir dəfə yaşamışam,   indidən öz-özümə qəhərlənirəm.  Nə etmək olar, mən də beləyəm.   
    Qaldı ki, “Şəbi-hicran”   adı o yazıya elə-belə verilməyib axı...   



  Gözün aydın

Xətrini  indi də, sağlığında da uca tutduğum Tofiq Abdin liftlərinin uzun müddət işləmədiyindən gileylənib, onun ucbatından doqquzuncu mərtəbədəzülm çəkdiyini, bu işdə ona bir kömək edə biləcəyimi soruşanda:
     -İndi yoxlayarıq,-deyib lazım olan MİS-in nömrəsini tapandan sonra telefona əl atdım. Tofiq də, allah rəhmət eləsin, dayanıb əli çənəsində mat-mat məni süzür.
    -Sizi Ticarət Departamentdən Əlabbas müəllim narahat eləyir, Bağırov. Mətbuat xidmətinin rəhbəri.
   -Hardan?
    Bu dəfə bir az da yuxarıdan gəldim:
   -Baksovetin mətbuat xidmətindən.   
   Sözün dilimdən qopmağı ilə dəstəkdən səs yox, sanki bal süzülməyə başladı.
    -Eşidirəm, yoldaş Bağırov, bizə görə sözünüz, tapşırığınız. 
      Telefonun səsini ucaltdığımdan    təəccübdən və gülməkdən uğunan Tofiqə sakit olmağı işarə eləyib onun neçə illik dərdini yığcam halda  ərz edəndən sonra danışdığım şəxsə onun barəsində  rəhbərliyə sakinlərin məktubla müraciət etdiyini və hazırda    həmin şikayətin stolumun üstə olduğunu da təmkinli səslə bəyan elədim.
Əgər:
     -Yoldaş Bağırov,-müraciətinə vaxtında cavab verməsəydim, gərək rabitə kəsiləndən sonra Tofiqlə iş-gücümüzü buraxıb bir müddət də dəstəyin, üst-başimin  balını təmizləməklə  məşğul olaydıq.
    -Eşidirəm.
    -Siz gəlin belə eləyin,  görürəm insan adamsınız, o məktubu saxlayın özünüzdə, mənə də bircə saat vaxt verin, artıq yox.
    Canfəşanlığından hiss elədim ki, yalan danışmır, amma  tez yumşalmağin da yeri deyildi.
   -Sonra mənə problem yaradarsan haa...
   -Aaaa, mən kişiyəm, dədə balası, söz verdim, qutardı. Mənim sözüm  yazılı qəbz kimi bir şeydi.
Ən təəccüblüsü bu yox, o oldu ki, təxminən yarım saatdan sonra, mən hələ tərcümə mərkəzini tərk etməmiş Tofiqin əl telefonuna evlərindən  zəng gəldi:
     -Gözün aydın, liftimiz işləyir.   


Altayın telefonu


Soyadi Mahmudov olan iş yoldaşım Eldardan soruşuram ki, Altayın telefonunu bilmir?
Ucadan danışığıma   həmişə lağ eləyən  Eldar  yenə bığaltı qımışır:
      -Altı ayın telefonunu bilmirəm, amma yeddy ayın telefonunu bilirəm.



  Kitab nədi, ə?

İşinin düz sarımadığından həmişə gileyli olan  dostum Sarvana zarafatla gərgin məqamlarda vaxtını mütaliə ilə keçirtməyi məsləhət gördüm vəməniçox diqqətlədinlədiyini görüb mütaliənin faydaları haqda  uzun-uzadı bir moizəoxumağı da yaddan çıxartmadım.  Və çox sevindim ki, onu buna inandıra bilmişəm. Yoxsa adama da o cür heyran-heyran  qulaq asmaq olardı? Ağzını açıb bir kəlmə  dillənmir, elə də baxır, elə də baxır, elə bil Qulamhüseyn dayısına tamaşa  eləyir.
Birdən açıldı, nə açıldı:
     -Ə, məni dolamısan? Kitab nədi, ə? Mənim kitab oxuyan vaxtımdı? Böyün-səhər qırx yaşım olur...Mən də bayaqdan  gözləyirəm görüm axır bir ağıllı söz deyəcək bu? Bu da mənim yazıçım. Kitab... Bircə o qalmışdı...


       Erməninin anasını ağladan  

 -Qalx, ey dili-qafil,-handan-hana olsa da,  Avdını səsləyib birtəhər  oyada bildim.
   -Noolub, nə məsələdi?-gözünü qolayca   aralayıb etinasız halda baxsa da, cavabından duyulurdu ki,   yurdukeçmiş  hələ də qəflət yuxusundadı.
-Əvimiz yıxılıb, Avdı!
     -Ə, Bakurianidə  evin hardaydı,  yıxıla da? Adam dili danışsana.
     -Erməni evidi bura,-həmən dedim və elə bildim  Avdıyerindən dik atılacaq, amma əvəzində o:
-Başın haqqı, bekar şeydi, yıxıl yat,-deyib təzədən mələfəni başina çəkdi.
Avdı Qoşqar sifət quruluşundan tutmuş geyim-kecimi, düşüncə tərzi və danışıq ədasınacan tamam fərqli bir insandı. Bir yandan da yuxudan ayıla bilməməyi – türk haçan vaxtında oyanıb ki? – həmişə mənə  deyib ki, bir tipaj olaraq Avdı əsloğuz obrazıdı. Ondan sanballı roman qəhrəmanı çıxar, yaradana minnət...
     İndi də...
     Elə bilirsiniz, Avdı qoçaqlığından, igidliyindən  ermənini adam yerinə qoymurdu?  Bəyəm biz o kəslər deyilik ki, elə o saymazlığın ucbatından  88-də itirdiyimiz kələfin ucunu hələ də tapa bilməmişik? Onda bu anasıölmüşü niyə qınayıram?
Qərəz ki,  Avdını oyada, tamam-kamal gerçəkliyə qaytara bildim və o, gözünü açan kimi onu arxayın salan çoxlu səbəbdən tək birini dilə gətirməklə məni əməlli-başlı tərk-silah elədi:
     -Ə, erməni səni-məni neynir, kirəsini ver, min dalına. İki gündü burdasan, neyləyib ki, indi də eləyə? 
     -Çayımıza zəhər də qata bilməzlər?
     -A mənim yazıçım,-bu yerdəqafil artıq tamam ayıq idi,-dım-dım halvasıdı çaya zəhər qatmaq? Sabah yapışmazlar erməninin yaxasından ki, bu iki nəfər neynirdi sənin evində, nəgəldiqəfildən onlara?
    -Həəə?-uzada-uzada Avdıdakıbaşa heyran qalsam da, israrlı təkidimləsəhərin gözü açilmamiş şələ-şüləmizi yığıb Barjomiyə yol alandahəyətdə qarşımızı evin ağbirçəyi kəsdi vəbacısının günü bu gün də Bakıda yaşadığını sakitcə eşitdirib Avdının səhər obaşdan dediklərini eynən tutuquşu kimi  təkrarlayandamatım-qutum lap qurudu:
     -Biz sizəheç nə eləmirdik axı...
Gördüyüm ilk dəqiqədən nəyi iləsə “Camış”dakı nənəni xatırladan qarının soydaşları, sən demə,   Gürcüstanın ən gözəl  yerlərinə səpələniblər, əz ol cümləBarjomiyədə...Təzə yurdda onların qarşısına özüm çıxası oldum: meydan Avdı meydanı deyildi... Onlar axşamın sərinində ağac kölgəsindəhay-küylə“Döymə” oynayırdılar. Dayanıb bir az baxandan sonra meydan üçün icazə istədim və ilk qələbəni qazanan kimi, məclıs  qızışdı, nə qızışdı?!...İkinci qələbədən sonra məni müddəi kimi süzənlərin əməlli-başlı növbəsi yarananda Avdı  ustufca eşitdirdi ki, bunu da ud, qalx ayağa, çox özündən çıxma. Arxayın olsun,dedim,kim gəlsə ciyərini çıxardacam.
Vano getdi, Baqrat dəldi, Baqrat getdi, Armen gəldi... Daha kimi deyim? Aşot, Mxitar...  Axırda dabədbəxt Yeğişi çığnayıb ayağa qalxdım. Elə bilirsiniz, Avdı az bilir: bir acı məğlubiyyətəgörəo cür qələbələri urvatsız eləmək ağılsızlıq olardı.
 -A qıvlasız, xəbərin var nəelədin?-azca aralanan saatucaboy Avdı məni uşaq kimi  qucaqladı,-sənin yerinə mənim dizim əsirdi. Uduzsaydın, batmışdıq.
Əvvəlini döşümə döyməkləbaşlasam da,su içə-içəBarjomi dərəsi ilə yzüyuxarı qalxanda bir saat əvvəl ürəyimdən keçənləri ona da dedim:
-Hesab eləbeynəlxalq yarışdasan, başın üstə Azərbaycan bayraği, qarşında da arzuolunmaz rəqib. Düşün gör nə alınır?...Oturandan yalvarırdım ki, ay Allah, neçə ildi dava gedir, bir erməni öldürmədim,barı məni burda xəcalət eləmə. Bu da bir girəvədi, bir də nə vaxt, hardaəlimə erməni düşəcək?...Yar-kar ol, bu nankorların dərsin verim...Bəxtim gətirdi,  O da səsimi eşitdi.  
    Necə bəlağətlə danışırdımsa, nə müddətdən bəri nərddə mənəu stad gözü ilə baxan Avdı sirrimə, nəhayət ki, vaqif olduğunu güman eləyib:
    -Adam onda udur ki?-soruşdu.
    -O baxır onu necə, hansı məqamda diləyirsən. Elə-belə şey deyil ki o, hər yetənə qismət ola.
    -Həə?-Avdı isti sudan bir qurtum alıb,-bə niyə,-dedi,-bunu vaxtında deməmisən mənə? Qayıt geri, gör o ermənilərin anasını ağlar qoyuram,  ya yox?

13 dekabr 20014

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.