Salman Rüşdinin yeni romanı işıq üzü görəcək
30.01.15
Britaniyalı yazıçı Salman Rüşdinin naşirlərinin mətbuata verdiyi açıqlamaya görə, “Buker mükafatı” sahibi yazıçının yeddi illik fasilədən sonra yeni romanı sentyabr ayında işıq üzü görəcək.
Sözügedən romanın adı “İki il, səkkiz ay və iyirmi səkkiz gecə”dir.
Kitab müxtəlif ərəb nağıllarının birləşməsindən ibarət olacaq.: “Kitabda tarix, mifologiya və böyük məhəbbətlər yer alıb”.
Yazıçı bildirib ki, əvvəlki kitablarından fərqli olaraq, yeni romanı həcmcə fərqli olacaq. Belə ki, romanın 250 səhifədən ibarət olacağı gözlənilir.
Sözügedən kitab 2008-ci ildən bu yana yazıçının yazdığı ilk roman olacaq.
Qeyd edək ki, Salman Rüşdinin son işıq üzü görən “Jozef Anton” əsəri ( 2012 ) memuar janrında qələmə alınıb./kult.az/
|