Xosrov Barışan - Tanrının məhkəməsində
29.01.15
YASAQ MEYVƏ
Qıp-qırmızı bir almadır mı gözlərin?, Yasaq bir meyvə! Və sən Yam-yaşıl bir ağacsan mı Ömrümün yayında Dim-dik duran?! və mən Bir düşünər miyəm, Kölgəliklər sevən bir aydın? Oturb düşünmək,çün Sakit bir məkan... Və quşqu iblisi hər an.., Hər an... Qaş-göz etməkdə! Ayrıca xəyalın Almanın düşməsidir mi?, Dikəy bir düşüş Ansızın təpəmə Beynimi yerindən laxladan!? Və şu düşünər Dünyanın dönməsini Bilir, bilməsinə də (Həmişə Başı döndüyündən mi!?) Ancaq Tanrının məhkəməsində Bağıraraq soruşur: -"Nədən, Niyə Dünyanın beyləcəsinə Dönməsi gərəkir?!" ⎕ Bu məhkəmənin hökmü beylə; "Neyləyim Anamdan doğulmalıyam, Üstəlik mən Zaman adlı ağacın Şəhvətinin meyvəsiyəm!!!" ⎕ Görəsən doğulanda Ağlamağım Bir üsyanıydı mı?!!
|