Aida İmanquliyevanın kitabı macar dilində nəşr olub
27.01.15
Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı kitabı macar dilinə tərcümə olunub.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Kitab Macarıstanın nüfuzlu "Harmattan" nəşriyyatında görkəmli alimin anadan olmasının 75 illiyi ilə əlaqədar hazırlanıb. Kitabda şərqşünas-alimin həyat və yaradıcılığından geniş bəhs olunur.
Qeyd edək ki, kitab Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunub. /report.az/
|