GYOK Albert Kamyunun Yad romanı müzakirə edib
27.01.15
GYOK ( Gənc Yazarlar və oxucular komandası) nın "Bookhouse&cafe"də ilk görüşü keçirilib.
Görüşdə Albert Kamyunun Yad romanı müzakirə edilib. Müzakirədə əsərdəki bir sıra sirli məqamlara aydınlıq gətirilməyə çalışıldı. Müzakirədə yetərincə istedadlı gənclər iştirak etdi, maraqlı fikirlər səsləndirildi. İki saat davam edən müzakirənin sonunda əsərdəki baş qəhrəmanın əslində nihilist olduğu, ona verilən ömür zamanını sadəcə yaşadığı qənayətinə gəlindi. Onu sadəcə həyatdan həzz almaq düşündürür, bu, onun gerçək adrenalinidir. O düşünür ki, həyatı anlamağa çalışmaq yox, sadəcə yaşamaq lazımdır.
Müzakirələri ayda 2 dəfədən gec olmayaraq olacağı nəzərdə tutulub. GYOK a qoşulmaq könüllüdür. Biz gənclərdə kitaba, mütaliəyə maraq yaradaraq zərərli vərdişlərdən uzaqlaşdırmağa çalışırıq. P.S Növbəti görüş 8 fevral saat 10:00 da "Bookhouse&cafe"də keçiriləcək və müzakirə mövzusu Herman Hessenin "Yalquzaq" romanıdı.
|