Yazıçılar evlərini satıb, pullarını alıblar
26.01.15
“Yazıçıların üçün ayrılan evlərin hamısı satılıb, hamı da pulunu alıb”. Bunu verdiyi açıqlamada Azərbaycan Yazıçılar Birliyi Mənzil Komissiyasının sədri Rauf Aslanov deyib. Rauf Aslanov əldə olunan məbləğin necə bölüşdürülməsindən xəbərsiz olduğunu deyib. Xatırladaq ki, “Abidə” firmasının Bakının Zərgərpalan küçəsində inşa etdiyi yeni tikilidə AYB xəttilə 36 yazıçıya 9 mənzil verilmiş, mənzillərinin satılaraq vəsaitin adamlar arasında bölünməsi nəzərdə tutulmuşdu. /kulis.az/
|