Taleh Eminoğlu - Mağara və ya...
23.01.15

Artpress.az gənc yazar Taleh Eminoğlunun yazıçı Kamal Abdullanın "Mağara" hekayəsi haqqında məqaləsini təqdim edir.

Kamal Abdullanın “Mağara” hekayəsinə


“Təəccübünə səbəb o idi ki, baxanda bilinmirdi, pəncərə arxasından gördüyü bu yağış sütunları göydən yerə enir, yoxsa yerdən göyə qalxır.”

 Yazını bu cümləylə başlamağım elə belə deyil. Hekayəni dərk etməkdə mənə məhs bu cümlə yardımçı oldu. Ümumilikdə Kamal Abdullanın hekayələri çoxlu düyün vurulmuş ipə bənziyir. Bu ipin iki ucu var və hər ikisi düyünü aça bilər. Biri daha rahat və daha tez, digəri isə gec və əziyyətli. Buna baxmayaraq hər iki yol hekayənin ideyasının, məğzinin və informasiyasının açılmasına kömək edir. Kamal Abdullanın hər hekayəsində bir cümlə “açar” vəzifəsini öz üzərinə götürür. Bu hekayədə də yuxarıda qeyd etdiyim cümlə o “açar”dandı.

 “Mağara” hekayəsi özündən əvvəlki hekayələrin əksərriyəti kimi paralel dünyalardan bəhs edir. Bunu anlamaq o qədərdə çətin deyil. Dünya ədəbiyyatında paralel dünyalara keçidlər qapı, güzgü, yuxu, parlaq ağ işıq, pəncərə, məzar və s. kimi məkan və nəsnələrlə verilir. Kamal Abdulla yaradıcılığında və eyni zamanda bu hekayədə pəncərə əsas nəsnədir. Beləki qəhrəmanımızın babasının papaqçı dükanında olduğu (bəlkədə) bazarın rəsmini öz üzərində daşıyan xalça məhz pəncərənin önünə asılır. Bu isə qəhrəmanın babasının zamanına yəni paralel dünyaya keçidi deməkdi.

 Yazının əvvəlində verilmiş cümləyə iki prizmadan yanaşmaqla hekayənin mahiyyətini tamamilə açmaq mümkündü. Elə isə bu cümlə ətrafında bir az gəzişək.

 “Təəccübünə səbəb o idi ki, baxanda bilinmirdi, pəncərə arxasından gördüyü bu yağış sütunları göydən yerə enir, yoxsa yerdən göyə qalxır” - cümləsi mənə ilk öncə suyun böyük dövranını və eyni zamanda “Babamın babasının babası” filmini xatırlatdı. Suyun buxarlanıb göyüzünə qalxması və yağış formasında təkrar yerüzünə qayıtması, eyni zamanda “Babamın babasının babası” filmində ağsaqqalın cavanlıqda qaçırılmış nişanlısının onun nəticəsinin sevdiyi qıza bənzəməsi əslində həyatda heçnəyin bitmədiyini sadəcə başqa formada geri qayıtdığının sübutudu. Bu prizmadan baxdıqda qəhrəmanımızın babası Hacı Rahimin həyatının bir parçası olduğunu görürük. Hacı Rahim mağarada ölmür, qeyb olur çünki o nəvəsinin timsalında qayıdacaqdı.

 İkinci prizmada isə hekayəni yağış kimi təsəvvür edək. Göydən yerə - əvvəldən sona yox, yerdən göyə - sondan əvvələ oxuyaq. Bu zaman hekayənin gedişatı tamamən dəyişir ama məzmun olduğu kimi qalır və təbii ki, sirli düyünlər çözülür. Yazarın bilərəkdən və ya bilməyərəkdən işlətdiyi bu cümlə hekayənin açılışında açar rolunu oynayır. Amma sirlər bununla bitmir.

 Daha bir sirli cümlə qarşımıza çıxır – “Sayad özü ilə gətirdiyi şalların birini, al qırmızı olanını Hacı Rahimin çiyninə saldı, o biri yaşıl şalı isə öz çiyninə atdı.” Bu cümlə oxucuyla rənglərin dili ilə danışır. O dili anlamaq üçünsə loğmanların loğmanı İbn Sinanın rənglər barədə yazdıqlarına diqqət edək. İbn Sina qırmızı rəngin əsəbləri sakitləşdirdiyini, yaşıl rəngin isə insanı neqativ emosiyalardan qoruduğu qeyd edir. Kamal Abdulla rənglərin dilindən məharətlə istifadə edərək oxucunu düşünməyə vadar edə bilir. Cümlədiki rəglərin açılışını verməklə sirri açaq. Məlum olduğu kimi Sayad Hacı Rahimlə mağaraya gəlməyə yarı yolda peşman olur. Ürəyində qara-qura fikirlər yaranır və bundan sonra qırmızı şalı özünün və yaşıl şalı isə həyat yoldaşının çiyninə salır. Demək Sayad öz narahatlığını, neqativ emosiyalarını yaşıl şalla yox etməyə çalışır. Hacı Rahimə nə isə olacağından rahatsız olan Sayad sanki onun əsəbləşib nəysə edəcəyinin qarşısını qırmızı şalla almağa cəhd edir. Bu bəlkədə yazarın öz hislərini cilovlamaq cəhdidi.

 Mağara hekayəsi insanı ifadə edilə bilinməyəcək auraya qərq etməyə və öz istədiyi zamana qədər orada saxlamağa qadirdi. Bunu özümdən bilirəm. Barmaqlarım klaviatura üzərində gəzişsədə gözüm divardakı xalçadadı paralel dünyaya keçmək ümidindədir.

Yenililklər
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
08.12.21
Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.