Zəlimxan Yaqub - Nə dil bilsin, nə dodaq
21.01.15
Xalq şairi Zəlimxan Yaqubun 65 yaşı tamam olur. Avanqard.net Zəlimxan Yaqubun "Nə dil bilsin, nə dodaq
" şeirini təqdim edir.
Eldən gizli sözüm yox, Özgəsində gözüm yox, Sənsiz canda dözüm yox, Diş də bilsin, dodaq da.
Durub dayanmaq nədir? Sevgini danmaq nədir? Qoy görsün yanmaq nədir Nur da bilsin, çıraq da.
Arıtək açışanda Dadmışam balı şanda. Qoy yanaq alışanda Köz də bilsin, ocaq da.
Gülən üzüm ol mənim, Görən gözüm ol mənim, Doğrum. düzüm ol mənim, Haqq da bilsin. nahaq da.
|