Uelbekin yeni romanı ciddi rezonans doğurub
09.01.15
Məşhur fransız yazıçısı Mişel Uelbekin yeni “İtaətkarlıq” romanı Fransada qızğın mübahisələr doğurub.
Antiutopiya janrında yazılan kitabda müəllif 2022-ci ildə ölkədə keçirilən prezident seçkilərində müsəlman namizədin prezident seçilməsindən danışır. Əhvalata görə, müsəlman namizəd millətçilərin lideri Marin le Penə qalib gəlir. Hakimiyyət başına keçən müsəlman prezident əvvəlcə Fransanı, sonra başqa Avropa ölkələrini islamlaşdırmağa başlayır. Romandan qəzəblənən müsəlman təşkilatları Uelbeki dini ictimaiyyəti təhqir etməkdə və irqçiliyi qızışdırmaqda günahlandırır. Onların fikrincə, romanın adı təxribatdır. Çünki islam kəliməsi ərəbcədə “itaət” anlamını verir. Yazıçı deyib ki, roman islama yox, radikal islam təşkilatlarına qarşıdır. /AzərTAc/
|