Orxan Kamalın “Cəmilə” romanı bizim dildə çap olundu
08.01.15
“Qanun” Nəşrlər Evi Türk ədəbiyyatının ünlü isimlərindən olan Orxan Kamalın “Cəmilə” romanını nəşr edib.
Sevgi hekayəsi olan Cəmilə yoxsul təbəqənin ayaqda qalma səylərini, dirənişlərini də dilə gətirir. Bosniyalı işçi Cəmilə və kiçik gəlirli Katib Necati arasındakı saf məhəbbətdən bəhs edən Orxan Kamal eyni zamanda arxa planda yoxsulluğa, düşmənçiliyə, haqsızlığa qarşı mübarizə və dostluğun gücünü vurğulayır. Orxan Kamalın dediyi kimi parlaq rəsm əsəri kimi təsvir etdiyi “Cəmilə” onun unudulmayacaq əsərlərindən biridir.
Romanı dilimizə Nizami Zöhrabi çevirib. Kitabın redaktoru Kənan Hacıdır.
|