Səməd Qaraçöp - Elə bil dünyada nəsə çatışmır
08.01.15
GÖRÜŞ YERİ
Dünya – görüş yerimiz... Əli Kərim
Gözümü yollardan yığa bilmirəm, Səfil kirpiklərim yenə tutuşmur. Elə bil dünyaya kimsə gəlməyib, Elə bil dünyada nəsə çatışmır.
Özümü yollardan yığa bilmirəm, Kimin izinisə izim axtarır; Ürəyim darıxır nədən ötrüsə, Həmişə kimisə gözüm axtarır.
Bəlkə dünya elə görüş yeridi, Bəlkə mən dünyada görüşmək üçün Kimnənsə sözləşib gəlmişəm elə; Bəlkə gözlədiyim heç gəlməyəcək, Dünyaya aldanıb gəlmişəm elə?!
...Boylana-boylana qalmışam elə...
15.05.1986
|