Vilnüsdə Elçin Hüseynbəylinin hekayələri nəşr edilib
06.01.15

Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin üç hekayəsi Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə 2014-cü ilin may – iyun aylarında Litvanın ədəbiyyat və incəsənət nəşrlərində litvaca işıq üzü görüb.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevin bildirdiyinə görə, ədibin “Oyun” adlı hekayəsi Litva Yazıçılar Birliyinin “Literatura ir Menas” (“Ədəbiyyat və İncəsənət”) həftəlik jurnalının 2 may 2014-cü il tarixində çıxmış sayında, “İlk öpüş” və “Qumru quşu” adlı hekayələri isə Vilnüsdə buraxılan “Siaures Atenai” (“Şimal Afinası“) ədəbiyyat və incəsənət qəzetinin 20 iyun 2014-cü il tarixli nəşrində dərc edilib. Göstərilən nəşrlərdə E. Hüseynbəylinin hekayələri ilə bərabər onun həyat və yaradıcılığı haqqında bilgilər də yer alıb.
 
E. Hüseynbəylinin əsərlərini orijinaldan litvacaya Dünya karay türklərinin tanınmış simalarından biri, görkəmli Litva ictimai-mədəni xadimi və diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Mahir Həmzəyev çeviriblər. Bu tərcümələr Litva ədəbi ictimaiyyətinin E. Hüseynbəyli yaradıcılığı ilə ilk tanışlığı deyildir. Belə ki, hələ 2013-cü ildə Litvanın ədəbi-bədii jurnallarında Azərbaycan nasirinin dörd əsəri – “Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün düşür” adlı hekayələri oxuculara təqdim olunub. Ölkənin ədəbi-mədəni ictimaiyyəti tərəfindən maraqla qarşılanmış bu əsərlər də Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə tərcümə edilib yayımlanıb.
 
1988-ci ildə Vilnüsdə yaradılmış Litva Azərbaycanlıları Cəmiyyətinin fəaliyyət istiqamətlərindən biri Azərbaycan – Litva ədəbi və ictimai-mədəni əlaqələrinin qədim tarixini öyrənmək, müasir dövrdə həmin əlaqələri genişləndirmək və müstəqil ölkələrimiz arasında yeni məzmunlu mənəvi körpülər salmaq, Azərbaycan həqiqətlərini, – o cümlədən xalqımızın ədəbi-mədəni irsini bədii tərcümələr vasitəsilə Litvada yayımlayıb təbliğ etmək və bu yolla Azərbaycan müəlliflərinin ədəbi fikirlərini, həyati proseslərə və yaradıcılığa dair estetik və fəlsəfi baxışlarını, milli düşüncə tərzini və bədii duyğularını obrazlı şəkildə əks etdirən sənət nümunələrini Litva dilində ortaya qoyaraq xalqlarımızı mənəvi və ictimai-siyasi cəhətdən bir-birinə daha da yaxınlaşdırmaqdan, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Litvadakı imicini gücləndirmək işinə dəstək verməkdən ibarətdir.

İndiyədək Cəmiyyət tərəfindən bu yönümdə bir sıra konkret işlər görülübdür. E. Hüseynbəylinin əsərlərinin Litva dilinə tərcümələri də ilk növbədə göstərilən məqsədlərə xidmət edir. /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.