Tərcümənin tərcüməsi və ya suyun suyu
05.01.15

Tərcümə sənəti dünya mədəniyyəti incilərinin yayılmasına xidmət edir. Aleksandr Sergeyeviç Puşkin tərcüməçiləri əbəs yerə “mədəniyyətin poçt atları” adlandırmırdı.

Orta əsr ərəb ədəbi tənqidçilərindən olan Cahiz tərcümənin bir sənət kimi mövcud olmadığını iddia etsə də, ərəb dilində elə həmin dövrə aid saysız-hesabsız tərcümə nümunələrinə rast gəlirik. I və II Abbasilər dövründə böyük bir tərcümə irsi yaranmışdı. Bərməkilər sülaləsinin hakimiyyəti zamanı “Min bir gecə” nağıllarının, “Kəlilə və Dimnə”nin ərəb dilinə tərcümə edilməsi buna əyani sübutdur.

Qonşu müsəlman ölkələri ədəbiyyatının və yunan elmi-mədəni irsinin ərəb dilinə tərcüməsi əl-Xarəzmi, Əhməd ibn Məhəmməd əl-Fərqani, Cəfər ibn Məhəmməd əl-Bəlxi, əl-Fəzl ibn Hatəm ət-Təbrizi, Əbu Bəkr Zəkəriyyə ər-Razi, əl-Kindi Yaqub ibn İshaq və Əbu Nəsr əl-Fərabi kimi alimlərin adları ilə bağlıdır.

Lakin alman dilçi alim Vilhelm fon Humbolt istənilən növ tərcüməni həlli mümkün olmayan məsələnin yoluna qoyulması üçün edilən cəhd kimi qiymətləndirir.

Ən çətin tərcümə bədii, fəlsəfi və dini mətnlərin tərcüməsi hesab edilir. Bəzən ayrı-ayrı sözlərdə elə dərin məna ifadə olunur ki, tərcüməçi əsərin tərcüməsi əvəzinə yeni əsər yaratmaq məcburiyyətində qalır. Bədii əsərlərin ikinci dildən tərcüməsi zamanı isə çətinlik ikiqat artır. Çətinliklər də öz növbəsində səhvlərə gətirib çıxarır.

Mixail Lukoninin “Приду к тебе” ("سأعود إليك") şerinin Yusif Əbdüləziz Əli tərəfindən ərəb dilinə tərcüməsində ayrı-ayrı səhvlərə rast gəlinir. Rus ədəbiyyatında hərbi vətənpərvərlik mövzusundan söhbət açarkən Mixail Lukoninin yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. “Приду к тебе” şeri əsgərin anasına müraciətidir.

Misal olaraq şeirdən bir parça götürək və onu ərəb və ingilis dillərində olan tərcümələri ilə müqayisə edək. Qeyd edək ki, şeir ərəb dilinə məhz ingilis dilindən tərcümə edilmişdir:

 

Ты думаешь:
Принесу с собой
Усталое тело своё.
Сумею ли быть тогда с тобой
Целый день вдвоём?
Захочу рассказать о смертном дожде,
Как горела трава,
А ты -
       и ты жила в беде,
Тебе не нужны слова.
Про то, как чудом выжил, начну,
Как смерть меня обожгла.
А ты -
       ты в ночь роковую одну
Волгу переплыла.
Спеть попрошу,
               а ты сама
Забыла, как поют...

"أنت تظن
أنني سأعود
مرهقاً ومنهكاً،
مذهولاً من فظائع الحرب،
متلهفاً لأن أحكي
عن الجحيم الملتهب،
عن القذارة والألم والدم.
ألذي سوف أقوله
- كما لو كان حقي  –
هو عن الموت المتفشّي و المتزايد.
لكنك ذات ليلة حالكة
سبحتَ عبر نهر "الفولجا" إلى الحياة.
لقد نِلْتَ نصيبَكَ من الأيام القاسية،
بسبب العهود التي تراعيها!"

 
Şeirin ərəb dilinə tərcüməsini orijinalı ilə müqayisə etməzdən öncə onun ingilis dilində olan variantı ilə tutuşduraq:

You think
I’ll come back
Weary and spent,
obsessed with the horrors of war,
eager to tell
of the burning hell,
of dirt, and pain, and gore
That I’ll speak,
As if it were my right,
Of Death waxing rife.
But you yourself one shuttered night
The Volga swam to life.
You had your share
Of evil days,
For words what do you care!

 
Müqayisə göstərir ki, ərəb dilinə tərcümə şeirin ingilis variantına uyğun gəldiyi halda, ingilis dilinə tərcümə aşağıda göstərilən və tərcümə zamanı buraxılmış bəzi misraları çıxmaq şərtilə orijinalla adekvatdır:

Сумею ли быть тогда с тобой
целый день вдвоем?
 

 
Спеть попрошу,
а ты сама забыла, как поют.

Lakin şeirin rus dilində olan orijinalının ərəb dilinə tərcüməsi ilə müqayisəsi zamanı uyğunsuzluqlar üzə çıxır. Ərəb dilində feillər şəxslər üzrə təsriflənərkən istər keçmiş, istərsə də indiki-gələcək zamanda ikinci şəxs qadın cinsinə müraciəti göstərən konkret qrammatik formadan istifadə edilir. İngilis dilində belə forma mövcud deyil. Buna görə də, “You think ” cümləsi ərəb dilinə “أنتَ تظن” kimi, yəni kişi cinsində tərcümə edilib. Əslində isə “sən düşünürsən” dedikdə, müəllif ananın düşündüyünü nəzərdə tutur. Bu səbəbdən ərəb dilində bu cümlə “أنتِ تظنين” şəklində olmalıdır. Belə hal sonrakı misralarda, feil keçmiş zamanda işlənəndə də nəzərə çarpır:


а ты, ты в ночь роковую одну
Волгу переплыла.


لكنك ذات ليلة حالكة
سبحتَ عبر نهر "الفولجا" إلى الحياة.

Göründüyü kimi, “ты переплыла” (“سبحتِ”) “ты переплыл” (“سبحتَ”) kimi tərcümə edilib. Səbəb isə odur ki, ingilis variantı olan “you swam” həm kişi, həm də qadın cinsini bildirir. Həmçinin “и ты жила в беде” ifadəsi ingilis dilinə “you had your share of evil days” şəklində tərcümə edildiyindən ərəb dilində olan variantda səhvə gətirib çıxarıb. “لقد نِلْتَ نصيبَكَ من الأيام القاسية” cümləsində feil və bitişən əvəzliyin hərəkəsi “kəsrə” əvəzinə “fəthə” olub. Şeirin əsas məğzini əsgərin anaya müraciəti təşkil etsə də, səhvlər nəticəsində müraciət sanki hansısa bir kişiyə olunub. Bundan əlavə, “Спеть попрошу,

а ты сама забыла, как поют” sətri ümumiyyətlə tərcümə edilməyib. Qeyd edək ki, “забыла” feili özü də müraciətin kimə edildiyini bildirir.

Şeirin başqa bir parçasını müqayisə edək:

Но лучше прийти
с пустым рукавом,
чем с пустой душой.

 
Yet better to come
with an empty sleeve
than with an empty soul!
 

مع ذلك، فإنه من الأفضل
أن تاتي بيد فارغةٍ
على أن تعود بروح خاوية!
 

“Пустой рукав” ingilis dilinə “an empty sleeve”, ərəb dilinə isə “كم فارغ” əvəzinə “يد فارغة” (“пустая рука”) kimi tərcümə olunub.
 

İngilis dilindən ərəb dilinə tərcümə olunmuş rus ədəbiyyatı nümunələrində bəzən əsər qəhrəmanının xarakterinin açılmasında mühüm rol oynayan müəyyən söz və ifadələr buraxılır. Məsələn, Vladimir Boqomolovun “Кругом люди” (“Adam içində”) hekayəsində (ingilis dilindən tərcümə edən: Əli Uveydə əl-Azuri) qəhrəmanın geyimi belə təsvir olunur:

“Одета бедно, … на голове серый обтерханный платок”

"ملابسها رثة،...وعلى رأسها منديل رمادي اللون"

Tərcümə zamanı “обтерханный” sözü buraxılıb.

Anton Çexovun “Отец” (“Ata”) hekayəsində (ingilis dilindən tərcümə edən: Hissa İbrahim əl-Əmmar) belə bir cümlə var:

“Отец снял свои неуклюжие, бурые, очевидно чужие сапоги и стал примеривать новую обувь”.

"خلع الأب حذاءه المستعمل البالي وجرب الحذاء الجديد"

Bu cümlədə “очевидно чужие” birləşməsi tərcümə edilməyib.

Eyni hekayədə:

“- Да, наш Саша хороший человек, - сказал Борис.

- Великолепнейший! Все вы у меня золото: и ты, и Гриша, и Саша, и Соня.”

- "أجل إنه طيب. قال بورنكا

- رائعون! أنتم جميعا ذهبٌ أصلي ".

Birinci sətirdə “Саша” adı tərcümə olunmayıb. İkinci sətirdə isə “великолепнейший” sözü ərəb dilinə cəm şəklində tərcümə edilib. Bundan başqa, “Борис” adı heç bir əsas olmadan “Боренька” şəklində tərcümə edilib. “и ты, и Гриша, и Саша, и Соня” sözləri isə ümumiyyətlə buraxılıb.

Eyni hekayədə:

“Он и по-французски, и по-немецки говорит”

"إنه يجيد الفرنسية والإنجليزية"

“По-немецки” sözü “по-английски” kimi tərcümə edilib. Burada qeyd etmək yerinə düşər ki, o vaxtlar aristokratlar arasında fransız və alman dilləri ingilis dili ilə müqayisədə daha geniş yayılmışdı.

Analoji qüsurlara orijinalı ingilis dilində olub rus dilindən Azərbaycan dilinə tərcümə edilən əsərlərdə də rast gəlinir. Nümunə olaraq Aqata Kristinin “Qatardakı qız” hekayəsini (rus dilindən tərcümə edən: Məhəmməd Salur) götürək. Məsələ ondadır ki, hekayə rus dilinə bir neçə dəfə tərcümə olunub. Lakin bu tərcümələrin bəzilərində aşkar səhvlər var. Azərbaycan dilinə tərcümə zamanı da məhz rus dilində olan səhv variantlardan birinə istinad edilib. Nümunələrə baxaq:

Yes. That is, if there is a suitable boat.

Да. То есть если найду подходящее судно (ingilis dilindən tərcümə edən: Pavel Rubtsov)

Да.  Для  этого,  кажется,  нужна  хорошая лодка (ingilis dilindən tərcümə edən: O.Batanova)

Bəli. Deyəsən, bunun üçün yaxşı qayıq lazımdır (rus dilindən tərcümə edən: Məhəmməd Salur)

İngilis dilində “boat” sözünün həm “gəmi”, həm də “qayıq” mənası var. Lakin əsərin qəhrəmanı Corc Roulend Britaniyadan Avstraliyaya qədər olan məsafəni qayıqla səyahət edə bilməzdi. Məhz bu üzdən Azərbaycan dilinə tərcümə zamanı da eyni səhvə yol verilib. Digər bir nümunəyə baxaq:

Perth - too far away - Putney Bridge - too near

Перт – слишком далеко. Путни-Бридж – слишком близко (Pavel Rubtsov)

Персия -  слишком далеко,  мост Патни -  слишком близко (O.Batanova)

İran, çox uzaqdır. Patni körpüsü isə hədsiz yaxındır.

Pert – Qərbi Avstraliya ştatının paytaxtıdır. O.Batanovanın tərcüməsində isə İran kimi göstərilib. Qeyd etməliyik ki, Corc Roulend Britaniya koloniyalarından birinə getmək istəyir. İran isə heç vaxt İngiltərənin koloniyası olmayıb.

Yuxarıda göstərilən misallardan belə nəticəyə gəlmək olar ki, istər ikinci dildən, istərsə də orijinaldan tərcümə edən şəxs yalnız tərcümə etdiyi dili deyil, o dildə danışan xalqın və o dilin istifadə edildiyi ölkənin tarix, coğrafiya və mədəniyyətini də bilməlidir. Həmçinin Maksim Qorkinin təbirincə desək, tərcüməçi əsərlərini tərcümə etdiyi müəllifin heç olmasa, ən məşhur əsərləri ilə yaxından tanış olmalıdır ki, onun yaradıcılıq ruhunu qavraya bilsin. /"Aydın yol" qəzeti/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.