Çingiz Hüseynov Anara cavab verdi
29.12.14
“Anarla mübahisəyə həvəsim yoxdur”. Bunu açıqlamasında yazıçı Çingiz Hüseynov bildirib. Yazıçı daha sonra əlavə edib: “Mən, daha doğrusu, ilahi vergisi və məsafələrdən azad susa bilməyən qələmimlə açıq-aydın öz sözümü dedim. Azərbaycan Yazıçılar Birliyinin qulluğunda səmərəli çalışan Anar da mənim dediklərimə münasibətini bildirdi. Əzəldən bəlli mövqelərimiz bir daha təsdiqləndi. Kim haqlı, kim haqsızdı, eşidən eşidir, görən görür, düşünən düşünür, zamanın keçmişi də var, gələcəyi də!” Xatırladaq ki, Anar APA-ya verdiyi müsahibədə Çingiz Hüseynovu tənqid edib. /kulis.az/
|