Rasim Qaraca: "Onlar ədəbiyyatı məhv edir" - MÜSAHİBƏ

29.12.14

Avanqard.net şair Rasim Qaraca ilə müsahibəni təqdim edir.


- Poeziya və nəsr arasında fərqi necə izah edirsiniz?

- İncəsənətin bütün janrları gözəldir, və onu yaradanlardan ustalıq tələb edir. Şeir və nəsr arasında ciddi fərq görmürəm, nəsr özü də poetik ola bilər və eyni zamanda müasir şeir nəsr elementlərini də özündə birləşdirir. Hər ikisinin inşaat materialı sözdür, bu materialdan necə bir kompozisiya düzəldəcəksən, bu artıq sənin bacarığından asılıdır.

- Siz yazılarınızı öz istəyinizlə yazırsınız? Yəni oxucunun təlabatını nəzərə almırsınız?


- Özüm üçün yazıram deyənlərin səmimiyyətinə inanmayın. Yazılı mətn bütün hallarda oxucu ilə çoxqatlı bir dialoqdur. Ola bilər o (oxucu) xəyali varlıqdır, gələcəkdəki bir obyektdir və ya sayı bir nəfərə qədər minimumdur, amma bütün hallarda yazıçı üçün onun varlığı qaçılmazdır. Oxucu marağı ədəbi yaradıcılığın hərəkətverici qüvvəsidir. Lakin hansı oxucunun - bax bu, önəmlidir.

- Ədəbiyyatı kimlər məhv edir?

- Ədəbiyyatı məhv edən ikinci dərəcəlilərdir. Qarafomanlar, istedadı dayaz olanlar, əl üstündə ədəbiyyata gətirilənlər. Onlar əsl ədəbiyyatın qənimidir, onu təqib edir və məhvinə çalışırlar.

- İkinci dərəcilər kimlərdi?

- Tural, üstüörtülü dedim. Məncə, hərə özünə ordan pay götürəcək. Ad çəkməyə ehtiyac yoxdur.

- Yazıçılardan birinin dediyinə görə insanlar sevgilərindən daha çox, nifrətlərində səmimidirlər. Bəs Sizin fikrinizcə, necədir?

- Kimlərdəsə belədir, kimlərdəsə bunun əksinə. İnsan öz nifrətində səmimi olmayacaq qədər mürəkkəb varlıqdır. Bu cür məsələlərdə qəti hökm vermək mümkün deyil.

- Sizcə, hər bir yazıçının milli, dövlətçilik mövqeyi olmalıdır, ya yox?

- Dövlətçilik ali anlayışdır. Xalqlar dövlət qurmaqdan ötrü əsrlərlə mübarizə aparır, nəsillər bu yolda qurban gedir, nə var, nə var şairlər öz şeirlərini, yazarlar romanlarını rahat yazsınlar.

- Dünya ədəbiyyatında özünüzü kimin yerində görmək istərdiniz?

- Bu cür ideallarım yeniyetməlik yaşlarımda olub. Müxtalif zamanlarda müxtəlif yazıçıları özümə ideal bilmişəm. Amma artıq bu yaşda heç bir yazıçı mənə təsir etmir. Nazim Hikmət demişkən: artıq söz tərpətmir içimi, nə başqasınınkı, nə özümünkü...

/Tural Balabəyli, aktual.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.