Sayman Aruz - Araz boyda məftiləm
26.12.14

Avanqard.net şair Sayman Aruzun qəzəllərini təqdim edir.















Vətən boyda nisgil



Məni dindirmə ki, diləm başabaş
Vətənim boyda nisgiləm başabaş.

Babəkəm ki, kəsilmiş əl-ayağım
Mən Araz boyda məftiləm başabaş,

Mənə bir əl verin ki, bəlkə durub
Xalqımın göz yaşın siləm başabaş.

“İqrə bismilləzi xələq” deyenəm
Vəhdətin həbli, qəndiləm başabaş.

Zamanam ki, səpilmişəm məkana
Mən günəm, mən ayam, iləm başabaş.

Məni dərk etməyə çalışma gülüm!
Dünya mətnində təviləm başabaş.

Mən şəhidlər məzarının özüyəm
Qəbir üstə qərənfiləm başabaş.

Ölürəm ki, yenə gələm həyata.
Sevirəm ki, nəsə biləm başabaş.

Baxmayın daldalanmışam özümə
Susmuşam yoxsa bülbüləm başabaş...





Qardaş

Qarşımızda nə qədər dursa da divar qardaş
Bizlərə kar eləməz bu başıdaşlar qardaş.

Torpaq altında belə yatsa da bil ki, tənimiz
Yenə azadlığına istəyimiz var qardaş.

Zərrə-zərrə vətən eşqilə yanıb kül olduq
Zərrəmizdə günəşi etmişik izhar qardaş.

Söyləyin Tanrıya ki, bir sualım var ondan:
Niye hər yerdə həqiqətlər olur xar, qardaş?!

Ya niyə din adına hökm oxuyur millətimə
Niyə hər tində qurur kölgəmizə dar, qardaş!?

Bu vətən söylədiyin lənətə gəlsin ki, belə
Adamın varlığını eyləyir inkar qardaş.

Qalsan ömrümdə yəqin ki, qalacam dünyada mən,
Getsən ömrümdə yəqin ki, yağacaq qar qardaş!

Zindan içrə böyüdüm mən, gözü bağlı, əli dar
Nə bilim arzu nədir, ya nədir ilqar qardaş?

Qınama görsən əgər qaşqabağım yerlə gedir
Olmuşam torpağa məna, ona mən yar qardaş.

Yerə düşmüş ağacam ki, həvəsim var həyata
Məni bas bağrına torpaq, məni sar, sar qardaş...

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.