Yeniyetmələr onlar üçün yazılmış ən yaxşı kitabları seçib
26.12.14
“HuffingtonPost” rəsmi səhifəsində apardığı sorğunun nəticələri və ədəbi tənqidçilərin seçimləri birləşdirərək 2014-cü ildə yeniyetmələr üçün yazılmış ən yaxşı kitabları müəyyənləşdirib.
Qəzetin sosial media təmsilçisi və ədəbi redaktoru Liza Parkin bildirib ki, bu il xüsusi yaş qruplarına hesablanmış kitablar xüsusilə çoxluq təşkil edib: “Artıq yazıçılar özləri üçün oxucu qrupu seçməyə üstünlük verirlər. Bu, kitabın satış göstəricilərində payı olan əsas məqamlardan biridir. Yeniyetmə yaş qrupu üçün bu il əvvəlki illərlə müqayisədə bazarda daha çox təklif olduğuna şahidlik etdik. Seçim etmək olduqca çətin oldu”. Beləliklə, yeniyetmələrin oxumalı olduqları kitabların siyahısını təqdim edirik.
1. Mariya Rutkotski – “The Winner’s curse” 2. Holi Blek – “The darkest part of the forest” 3. Cennifer Lin Barns – “Killer instinct” 4. Cendi Nelson – “I’ll give you the Sun” 5. Marissa Meyer – “Cress” 6. Elizabet Fama – “Plus one” 7. Kasi Uest – “On the fence” 8. Erin MakKahan – “Love and other foreign words” 9. Layq Barduqo – “Ruin and rising” 10. Sara Rask – “Snow like ashes”
/kaspi.az/
|