"Qanun"da Natiq Məmmədlinin romanı çap olundu
26.12.14
"Qanun" nəşriyyatında yazıçı Natiq Məmmədlinin yeni romanı çap olunub.
Nəşriyyatdan Avanqard.net-ə verilən məlumata görə roman "Körpüdə ümid" adlanır. Ümidqovan adlı məkan və bütün insanların arzularını
həyata keçirən Ümid Piri. Qəflətən dili tutulan bir uşağı şəfa tapması
üçün bura gətirirlər, üç gecə ziyarətgahda qalır, camaatın ağıldankəm
hesab elədiyi Pirdəli ilə dostlaşır və maraqlı söhbətləri alınır.
Əslində isə danışan onların dilləri yox, ürəkləri olur.
Arada
tarixin də səsləri eşidilir. Min il geriyə qayıtmalı olursan, Pont
hökmdarı Mitridatla Roma sərkərdəsi Pompeyin orduları Ümidqovanda üz-üzə
gəlir. Təlaş içində olanları bir sual düşündürür, «kimə təslim olaq –
Şərqə,yoxsa Qərbə».
Nəhayət, dili tutulan uşağın insanların gizli məktublarını oxuması ilə pir müqəddəsliyini itirir. Ümidqovan
– körpü üstündə vətən deməkdir. Roman özlərinə körpü üzərində vətən
quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir.
Qeyd edəkm ki, 200 səhifəlik kitabın redaktoru Mahir Qarayev, qiyməti isə 2 AZN-dir.
|