Qeyri-adi ədəbi faktlar
25.12.14
Dostoyevskinin Peterburqa real gəzintisi “Cinayət və Cəza” romanında necə öz əksini tapdı?
Dostoyevski Peterburqun real məkanlarını özünün məşhur “Cinayət və cəza” romanında geniş şəkildə işıqlandırıb. Yazıçının təsvirləri o qədər dəqiqdir ki, Raskolnikovun əşyaları gizlətdiyi həyətin təsviri, oğurlanmış şeylərin sələmçi qadına verilməsi və bütün digər səhnələr oxucunun gözünün önündə reallıqda olduğu şəkildə canlanır.
Ağ səhifələrdən ibarət konseptual kitab
“Kimsəsiz adaya düşsəniz, hansı beş kitabı özünüzlə götürərdiniz?” sualına Bernard Şou belə cavab verib: “Yazılmamış səhifələrdən ibarət olan beş kitabı özümlə götürərdim”.
Bu konspepsiya ilk dəfə 1974-cü ildə “Harmony Books” Amerika nəşriyyatı tərəfindən reallaşdırılıb. “Yazılmamış kitab” adı altında nəşr edilən kitab istisna olaraq 192 boş səhifədən ibarətmiş. Bu nəşrlərin öz alıcıları olub.
Aleksandr Dümanın hansı ədəbi qəhrəmanı qonorarın artırılması haqqında düşünüb?
Aleksandr Dümanın “Üç müşketyor” romanını ilk əvvəl qəzet üçün, serial formatında yazıb. Naşirlə müqavilədə bildirilirdi ki, müəllifə sətir hesabı qonorar veriləcək. Qonorarın artırılması məqsədi ilə Düma əsərə yeni qəhrəman – Atosun qulluqçununu daxil edir – Qrimo bütün suallara qısa cavablar verir, bu cavablar adətən “hə” və “yox”dan ibarət olur.
Əsərin davamı olan “İyirmi il sonra” adlı kitabda isə artıq qonorar sözhesabı verilridi və müvafiq olaraq, Qrimo da əvvəlkinə nisbətən “çoxdanışan olmuşdu”.
Erkək qəhrəman necə “dişi oldu”?
“Cəngəllik kitabı”nın əsl variantında Baqira kişi obrazı olaraq verilib. Rus tərcüməçiləri Baqiranın cinsini dəyişiblər, çünki rus dilində “pantera” sözü qadın cinsinə aiddir. Bu cür qeyri-adilik Kiplinqin başqa bir əsərindəki personajda da özünü göstərir. “Öz-özünə gəzən pişik” əsərinin rus dilinə tərcüməsində də bəzi obrazların cinsləri dəyişdirilib. /publika.az/
|