Beynəlxalq Tərcüməçilər Federasiyasının Şurasının növbəti illik iclası Bakda ıkeçiriləcək
24.12.14
28-30 mart 2015-ci il tarixlərində Beynəlxalq Tərcüməçilər Federasiyasının Şurasının növbəti illik iclası Bakı şəhərində keçiriləcək.
Belə ki, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) tamhüquqlu üzvü olduğu Beynəlxalq Tərcüməçilər Federasiyasının Şurasının 22 dekabrda başa çatan elektron səsverməsində tədbirin Bakı şəhərində keçirilməsi qərara alınıb.
Xatırladaq ki, 4-6 avqust 2014-cü il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Ümumdünya Tərcümə Konqresində BTF-in Şurasının növbəti illik iclasının Bakı şəhərində keçirilməsi təklif olunub.
Qeyd edək ki, AGTA 2014-cü ilin avqust ayından Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. AGTA Sədri İsmayıl Cəbrayılov həmin vaxtdan etibarən həm də Beynəlxalq Tərcüməçilər Federasiyasının Şura üzvüdür.
|