Rüstəm Behrudi Anarla olan fotosunu paylaşıb, onu təriflədi
23.12.14
Tanınmış şair Rüstəm Behrudi sosial şəbəkədə Xalq yazıçısı Anarla birlikdə olan fotosunu paylaşıb və Anar haqqında tərif dolu fikirlərini yazıb. Avanqard.net həmin fikirləri təqdim edir.
"Anar müəllimlə, Ramizin (R.Rövşən) doğum günündə görüşdük. O mənim üçün sonuncu 100-illiyin ən böyük söz, fikir və düşüncə adamlarından biridir. “Qəm pəncərəsi”ndən bu dünyanı necə görürsə, bizə də o cür anlatdı. Bəzək – düzək vurmadan.
Mənim üçün Anar müəllimin “Otel otağı” əsəri onun şah əsəridir. XX əsrdə Romantizmin süqutu realizmin iç üzünü nə cür ortaya qoyursa, bu əsər də bizim natamamlıq kompleksini, çevrilməmizi o cür ortaya qoyur. Sovetlər dönəmində “Şaman duası”, “Salam dar ağacı”, “Boz qurd” kimi əsərlər yazmış həbslərdə yatmış bəndeyi-həqiriniz haqda Moskvaya və KKB-yə danos yazanların çoxunu sərhəd açılanda Türkiyədə gördüm. Mən yalan olmuşdum...
Məni onlardan soruşanlara, gah Özbəkistanda, gah İranda, gah da Çində doğulduğumu və çoxdan ölduyümü söyləmişdilər."
|