"Qanun Nəşrlər Evi"nin 2014-cü ildə ən çox satığı 100 kitab
22.12.14
"Qanun Nəşrlər Evi" 2014-cü ilin hesabatı əsasında ən çox satılan 100 kitabın siyahısını tərtib edib. Avanqard.net həmin siyahını təqdum edir.
“Yüzlük”dəki kitablar arasında fərdin şəxsiyyət kimi formalaşması, zehni inkişafı və işgüzar qabiliyyətlərinin artırılmasına dair nəşrlər ilk sıraları tutur. Siyahıda bundan sonrakı yerləri bədii ədəbiyyatın müxtəlif janrlarına aid bestsellerlər tutur. “Ən çox satılanlar” arasında fəlsəfi nəşrlər və siyasi publisistika də azlıqda deyil.
2014-ün 100 ən çox satılan kitabı bütünlüklə xarici ədəbiyyatdan ibarətdir. Tərcümələr arasında bəzən eyni müəllifin (Paolo Koelyo, Xalid Hüseyni, Aqata Kristi, Den Braun və s.) bir neçə kitabını görmək mümkündür. Siyahıda ABŞ, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələrin oxuculara yaxşı tanış olan məşhur yazıçılarının adlarına rast gəlmək olar.
1. Mümin Sekman - “Hər şey səninlə başlar” 2. Robert T. Kiosaki, Şeron L. Lester – “Varlı ata, kasıb ata” 3. Osho “Qadınların kitabı” 4. Deil Karnegi – “Dostları necə qazanmalı və insanlara necə təsir etməli” 5. Paulo Coelho – “Kimyagər” 6. Robert Qrin – “Hakimiyyətin 48 qanunu” 7. Ronda Bern – “Sirr” 8. Osho – “Kişilərin kitabi” 9. Mark Levi – “Bir-birimizə demədiyimiz sözlər” 10. Dan Brown – “Da Vinçi Şifrəsi” 11. Paolo Choelho – “On bir dəqiqə” 12. Napoleon Hill – “Düşün və varlan” 13. Xalid Hüseyni “Çərpələng uçuran” 14. Friderix Nitşe – “Zərdüşt belə deyirdi” 15. Andrey Sizov – “Uğurlu satış” 16. Paulo Coelho – “Veronika ölməyə qərar verir” 17. Pyer Dukan – “Mən arıqlaya bilmirəm” 18. Qabriel Qarsia Markes – “100 ilin tənhalığı” 19. Con Steinbek – “Siçanlar və adamlar” 20. Frederik Beqbeder – “Məhəbbət üç il yaşayır” 21. Sesilia Ahern - “P.S. Mən səni sevirəm” 22. Rolf Dobelli – “Məntiqli düşünmə sənəti” 23. Ceyn Ostin – “Qürur və Qərəz” 24. Mark Levi – “Bəlkə də bu, həqiqətdir” 25. Əlif Şəfəq – “Eşq” 26. Aqata Kristi – “Mavi qatarın sirri” 27. Corc Cordaq – “İmam Əli” 28. Aqata Kristi – “Qara qəhvə” 29. Jostein Gaarder – “Sofinin dünyası” 30. Fyodor Dostoyevski - “Cinayət və Cəza” 31. Etel Lilian Voyniç – “Ovod” 32. Xalid Hüseyni – “Min möhtəşəm günəş” 33. Artur Konan Doyl – “Şerlok Holmsun məcaralari - Qorxu vadisi” 34. Dan Brown – “İtirilmiş Simvol” 35. Alber Kamyu – “Yad” 36. Aqata Kristi – “Əlifba sırası ilə qətl” 37. Patrick Süskind - “Parfümer” 38. Mark Levi – “Haradasan” 39. Martin Paj – “Mən necə idiot oldum” 40. Joe Vitali – “Açar” 41. Nikolas Sparks – “Sevgili Con” 42. Aqata Kristi – “Qolf meydançasında qətl” 43. Səbahəddin Ali – “Xəz paltolu madonna” 44. Dan Brown – “Cəhənnəm” 45. Corc Oruell – “1984” 46. Dan Brown – “Yalan nöqtəsi” 47. Xalid Hüseyni – “Və dağlardan səda gəldi” 48. Fridrix Nitsşe – “Antixrist” 49. Corc Oruell – “Heyvanıstan” 50. Susana Tamaro – “Ürəyinin apardığı yerə get” 51. Paolo Choelho – “Rio -Pyedranın sahilində oturdum və ağladım” 52. Yuliya Qippenreyter – “Uşaqla necə ünsiyyət qurmalı” 53. Cecelia Ahern – “Xatirələr üçün təşəkkürlər” 54. David Nicholls – “Bir gün” 55. Stephen Kinq “Yaşıl Mil” 56. Mustafa Kılınc – “Qadin nə istəyir? Kişi nə verir?” 57. Aqata Kristi – “Böyük dördlük” 58. Dan Brown – “Mələklər və İblislər” 59. Haruki Murakami – “Norveç meşəsi” 60. Varis Dirie – “Səhra çiçəyi” 61. Frans Kafka – “Məhkəmə” 62. Aqata Kristi – “Staylzda müəmmalı hadisə” 63. Artur Konan Doyl – “Şerlok Holmsun macəraları dördlərin işarəsi” 64. Stiv Harvi – “Qadin kimi davran kisi kimi düşün” 65. Aqata Kristi – “Puaro istintaq aparır” 66. Knut Hamsun – “Aclıq” 67. Artur Konan Doyl – “Şerlok Holmsun macəraları al-qırmızı etüd” 68. Cudit Maknot – “Sənsizlik” 69. Orxan Pamuk – “Məsumiyyət muzeyi” 70. Verner Mazer – “Adolf Hitler” 71. El Ceyms – “Bozun əlli çaları” 72. Əhməd Batmanr – “Səhər yuxum” 73. Elizabet Gilbert – “Ye, dua et, sev” 74. Pərinuş Sənii – “Mənim payım” 75. Orxan Pamuk – “Səssiz ev” 76. Orxan Pamuk – “Atamın bavulu” 77. Aqata Kristi – “Şərq Ekspresində qətl” 78. Viktor Hüqo – “Səfillər” 79. Aqata Kristi – “Rocer Ekroydun qətli” 80. Cek London – “Martin İden” 81. Barbara De Anjelis – “Hər bir Qadının Kişilər haqqında bilməli olduğu Vacib Sirlər” 82. Lourens Lokkart – “Nadir şah” 83. Aqata Kristi – “Endhauzun sirri” 84. Dan Brown – “Rəqəmsal qala” 85. Jeffrey J.Fox – “Necə böyük rəhbər olmalı” 86. Fyodor Dostoyevski – “Qumarbaz” 87. Paolo Choelho – “Zahir” 88. Anna Frank – “Gündəlik” 89. Aqata Kristi – “Buludlarin üzərində olum” 90. Çarlz Bukovskiy – “Qadınlar” 91. Erik Fromm – “Sevmək sənəti” 92. Allen Karr – “Siqareti tərgitməyin asan yolu” 93. Mario Puzo – “Xaç atası” 94. Qurban Səid – “Əli və Nino” 95. Malkolm Gladwell, David və Qoliaf Autsayderlər – “Talesizlər və Nəhənglərə qalib gəlmə sənəti” 96. Frans Kafka – “Vəsiyyət” 97. Zbiqnev Bjezinski – “Böyük şahmat taxtası” 98. Corc Armstronq – “Rothschild pul imperatorluğu Dərin yəhudi dövləti” 99. Dino Bussati – “Tatar çölü” 100. Bernhard Şlink – “Qiraətçi”
|