Şirməmməd Hüseynov zirvəsi
22.12.14

Onun haqqında danışanda  adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. “Böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “jurnalistika elmimizin korifeyi”, “qeyrətli vətəndaş”, “fədakar insan”, “mehriban ailə başçısı” və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı  bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “millətin mühəndisi”, “müasir milli düşüncəmizin arxitektoru”, “millətin müəllimi” kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin  doğurduğu ən səmimi duyğulardan qaynaqlanır. Bəxtiyar Vahabzadə isə Şirməmməd Hüseynov haqqında  ən səmimi duyğularını  belə ifadə etmişdi:
Şirməmməd - əxlaqın, haqqın öz səsi / Ləyaqət, dəyanət mücəssəməsi!

Bəli, özünün ürək dostu, qəlb sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd Hüseynov haqqında bu heyrətamiz misraları  poetik düşüncənin ən mükəmməl ifadə tərzində yalnız və yalnız dahi söz ustadımız Bəxtiyar Vahabzadə deyə bilərdi.

Çoxları onun haqqında çox dəyərli fikirlər söyləyir. Şirməmməd Hüseynova dahi kimi baxırlar, onun zəkasına həsəd aparırlar. Doğrudan da, bir insanın on minlərlə insanı bir peşənin vurğununa və fədaisinə çevirməyi bacarması böyük düha tələb edir. Bu gün jurnalist peşəsini özünun həyat tərzinə çevirmiş, özünü bütövlükdə bu peşəyə həsr etmiş, öz varlığını bu peşə fəaliyyətindən kənarda təsəvvür etməyən minlərlə tələbəsi bu dühanın cəmiyətimizdəki görüntüləri, cəmiyyətin yoluna işıq saçan qığılcımlarıdır.

     Ona “bənzəri olmayan natiq” də deyirlər. Həqiqətən, minlərlə insanın nəfəs dərmədən, zamanı hiss etmədən, yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir. O əsil natiqdir. İnamlı duruşu ilə, ona qulaq kəsilənlərin gözlərinə zillənən iti baxışları ilə dediyi sözləri dinləyənlərin zehnlərinə birdəfəlik həkk etməyi bacaran bir natiq. Şirməmməd Hüseynov sadə bir natiq deyil. O bəzən söylədiyi fikirlərin arxasında gizlətdiyi ən vacib məna və mahiyyət çalarlarını dinləyicisinə səsinin ahəngi ilə, üzünün ifadəsi ilə asanlıqla anlatmaq kimi qeyri-adi bir məharətə sahib olan natiqdir. Elə bir natiq ki, söyədiyi hər bir cümlə, hər bir fikir, hər bir mülahizə təkzib olunması mümkün olmayan bir aksiomdur.

Ona “fədakar araşdırmaçı” deyirlər. Çox tədqiqatçılar illərlə kitabxana rəflərində qalıb toz basmış ədəbiyyatla çalışmaqdan, indiyədək elmi dövriyyəyə çıxmamış bilgiləri öyrənib bu bilgilər əsasında yeni bir elmi əsər ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edirlər. Şirməmməd Hüseynov isə adi tədqiqatçı deyil. O sadəcə əsər yazmır, o milli düşüncəmizin keçmişində bu günümüzü və gələcəyimizi araşdırır. O dahi Mirzə Fətəlinin,  Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ömər Faiq Nemanzadənin, Məmməd Əmin Rəsulzadənin,  Üzeyir bəyin  bu günümüzə gəlib çatmış saralmış arxiv sənədlərinin hər sətrində bu millət fədailərinin düşüncələrini, arzu və istəklərini , sonsuz vətən eşqini  aşkar edir. Bütün bu bilgiləri öz qəlbinin genişliyindən, öz dərrakəsinin süzgəcindən və öz ruhunun vətənpərvərliyindən  keçirib bu günümüzə gətirir və bizimkiləşdirir. O özünün elmi tapıntılarını yalnız alimlərin oxuyacağı elmi əsərə yox, aydın və məntiqli şərhləri ilə millətini sevən hər bir vətəndaşın həyat amalına və fəaliyyət proqramına çevirə bilir. Belə idrak, belə peşəkarlıq, millətin gələcəyi qarşısında belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənnsevərlik bütün tədqiqatçılara xas olan bir keyfiyyət deyil.

Doğmaları onu “mehriban ata”, “qayğıkeş həyat yoldaşı”, “məsuliyyətli ailə başçısı” adlandırılar. Lakin o sadə bir ailə başçısı deyil. O, həm də həyatının hər gününü sevdiyi peşəni başqalarına sevdirməyə həsr edən, bilik və bacarığını əsirgəmədən bölüşən bir müəllimdir. Şirməmməd müəllim onu sevən on minlərlə tələbənin, bir ölkədə bir peşə fəaliyyətində çalışan bütün insanların mənəvi atasıdır. Onu prinsippial, mübariz, usyankar kimi də sevirlər. Çünki o gördüyü işin doğruluğuna inanan və həm də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai xadimdir. Adətən belə insanlar haqqında deyirlər ki, onlar özləri üçün yaşamır. Şirməmməd Hüseynov da bu qəbildən olan, lakin adi bir ictimai-siyasi xadim  qəlibində olmayan bir şəxsiyyətdir. İçərisində bulunduğu cəmiyyətin çatışmazlıqlarına dözməyən və qəzəblənən, eyni zamanda yeri gəldikcə  sözü və əməlləri ilə başqalarını qəzəbləndirən,  heç bir təzyiq qarşısında, heç zaman, heç bir halda öz inamından dönməyən  üsyankar birisinin evin kandarından içəridə - ailə ocağında mərhəmətli bir insana, güzəştli  və sevimli bir ataya, qayğıkeş bir həyat yoldaşına çevrilməsi,  doğrudan da inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm və nəhayət, nəcabət dəyərlərinə əsaslanan yüksək əxlaq tələb edir. Bu mənada Şirməmməd Hüseynovun ailə məhəbbəti, doğma ocaq sədaqəti  əsrlərin təcrübəsindən yoğrulmuş milli əxlaq mərtəbəsinə yüksəlir və onun etalonunu özündə əks etdirir.

Milli fikir və milli inkişaf tariximizdə, milli istiqlal mücadiləmizdə və milli əxlaq xəzinəmizdə  millət başını ucaldan, milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz var. Bu zirvələrdə Nizami, Nəsimi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır. Öz həyatı, mübarizəsi, ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi daha da zənginləşdirən şöhrət zirvələrimizdən biri də Şirməmməd Hüseynov zirvəsidir. Bu elə bir möhtəşəm zirvədir ki, bu günkü və gələcək ziyalı nəsillərimiz üçün belə bir yüksəkliyi bir daha fəth etmək olumsuz görünür. Ona görə də bu zirvələrdə dayananlar ölümsüzlərdir.

Bütün bunlara baxmayaraq, Şirməmməd Hüseynov özü haqqında danışmağı xoşlamır. Jurnalistlər nə qədər çalışsalar da tərifdən və onun şəxsiyyətinə səmimi  pərəstişdən xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında onun dilindən “mən” sözünü eşitmək mümkün deyil. Onun haqqında yazılmış çoxsaylı məqalələrdə, dəyərli ziyalılarımızn çıxışlarında “istiqlal aşiqi”, “qeyrət simvolu”, “haqq-ədalət carçısı” adlandırılan bu böyük İnsanın ətrafında baş verən və onun şəxsiyyətinə sevgidən doğan pərəstiş həyəcanlarına reaksiyası təəccüb doğuracaq dərəcədə sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının önünə isə yeni bir epitet yaranır – Təmənnasız İnsan.  Şirməmməd Hüseynova “təmənna” anlayışı yaddır. O “təmənna” adlı hissiyatdan çox uzaqlarda və çox yüksəklərdə dayanan bir İnsandır. Bu günkü ziyalılarımız arasında yaşından asılı olmayaraq elə bir insan tapmaq çətindir ki, nədə isə Şirməmməd Hüseynova oxşamaq arzusunu ürəyindən keçirməsin. Amma bir məsələdə nə bu sətirlərin müəllifi, nə də Şirməmməd Hüseynovu sevən on minlərlə insanlar nə qədər çalışsaq da ona oxşaya bilməyəcəyik. Bu da elə təmənna məsələsidir. Şirməmməd Hüseynovdan danışırkən, onun haqqında düşünürkən təmənnasız olmaq mümkün olmur. Təmənnamız isə ondan ibarətdir ki, ana Təbiət Şirməmməd Hüseynova uzun ömür, möhkəm can sağlığı bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi və ən müqəddəs arzularına qovuşmağı nəsib etsin.

Millətin şərəfini uca tutmağı özünün şərəf işi hesab edən, “Şərəf”li millət müəllimimiz Şirməmməd Hüseynova 90 illik yubileyi münasibətilə ən səmimi arzularımla,

Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.