Şairə Nurəngiz Gün vəfat edib
20.12.14
Tanınmış şairə Nurəngiz Gün vəfat edib. Şairənin qızı, millət vəkili Jalə Əliyeva lent.az-a bildirib ki, anası son iki-üç ayda bir çox xəstəlikdən əziyyət çəkib: " Xəstəlikləri çox idi, bir-birinə qarışmışdı. Böyrəkləri işləmirdi, ayaqları tutulmuşdu. Gecə saat 3-də elə yemək verdiyim vaxt qollarımda keçindi”. Millət vəkili dəfn mərasiminin sabah baş tutacağını da qeyd edib: “Bu gün hələ ki, evdəyik. Vida və dəfn mərasimi ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən cavab gözləyirik”. Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib. /APA/
|