Qanun nəşriyyatı yeni kitablar nəşr edib. Aşağıda həmin kitablar haqqında geniş məlumat verilib.QUSTAV FLOBER - MADAM BOVARİ
Məşhur fransız yazıçısı Qustav Floberin (1821-1880) dünya ədəbiyyatının
şah əsərlərindən sayılan və bütöv adı “Madam Bovari, əyalət adətləri”
olan qalmaqallı “Madam Bovari” romanı realizmin ilk və mühüm
nümunələrindən biri hesab olunur. Yazıçı romanı 1851-ci ildə yazmağa
başlamış və onu yalnız beş ildən sonra, 1856-cı ildə sona çatdırmışdır.
Əsər həmin il cəmi iki ay ərzində qısa felyetonlar şəklində “Revü de
Pari” (Revue de Paris) ədəbi qəzetində çap olunmuş və sonradan qəzetin
redaktoru və yazıçı əsərdə əxlaq qaydalarının təhqir olunması iddiası
ilə məhkəməyə cəlb olunmuşdular. Hakimin ittiham nitqinə baxmayaraq,
“əsərdəki obrazların təsvirində vulqar, hətta ədəbsiz realizm”ə görə
günahlandırılan Flober bəraət qazana bildi.
Əsər 1857-ci ildə ilk dəfə kitab halında nəşr olundu.
XIX
əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O
dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər.
Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə
hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm
addımlardan birinə çevrildi.
Sonralar romanın baş qəhrəmanı Emma
Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi
məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək
bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin
fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri
ilə görüşündən törəmişdir.
Bakı, Qanun Nəşriyyatı, 2014, 428 səh., 9.49 AZN
Fransızcadan tərcümə: Çimnaz Vəliyeva
Redaktor: Rövşən Ağayev
STİVEN KOVİ - YÜKSƏK EFFEKTLİ
İNSANLARIN YEDDİ VƏRDİŞİBu kitab dünya bestselleridir, şəxsiyyətin inkişafı mövzusunda misilsiz
bir əsərdir. O, dünyada milyonlarla insana, o cümlədən Amerikanın sabiq
prezidenti Bill Klintona, məşhur Larri Kinqə və Stiven Forbsa böyük
təsir etmişdir. “Fortune – 500” reytinqinə daxil olan böyük dünya
korporasiyalarının bir çoxu “Yeddi vərdiş”də izah olunan effektivlik
fəlsəfəsi ilə tanış olmağı öz əməkdaşlarının vəzifə borcu hesab edirlər.
Kitab nə haqqındadır? O, hər şeydən əvvəl, həyat məqsədlərini,
insan üstünlüklərini müəyyən etməkdə sistemli yanaşmanı izah və təqdir
edir. Bu məqsədlər hər kəsdə müxtəlifdir və bu kitab özünü dərk etməkdə
və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir.
İkincisi, bu məqsədlərə çatmağın yollarını da göstərir. Üçüncüsü, “Özünü
necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin
dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən,
daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur,
burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb
edir, fəaliyyət və inadkarlıq istəyir.
Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.
Bakı, Qanun Nəşriyyatı, 2014, 484 səh., 8.90 AZN
İngiliscədən tərcümə: Firidun Ağazadə
Nəşriyyat redaktoru: Seymur Şahbazov
Сеймур Байджан - ГУГАРК"Гугарк" первый из четырех романов Сеймура Байджана, переведенный на
русский язык. Распад СССР, война, любовь пропущены через фильтр
воспоминаний – картинок. Детство, обстрелы, дороги, вокзалы, то, что
было позавчера и двадцать лет назад, отрывочно, без хронологии,
предстают перед читателем отдельными картинками, словно из перемешанной
стопки почтовых открыток. И все это, приправлено главой сюжетной линией –
интригующей и несуразной любовной историей студентки и писателя.
"Гугарк"
– лучший из романов о Карабахской войне читается легко, на одном
дыхании, и запоминается неповторимым стилем и смелостью авторских
решений.
Bakı, Qanun Nəşriyyatı, 2014, 452 səhifə, 7.40 AZN