İlhamə Hacıyeva - “Rəqqasə” – həcmcə kiçik, mahiyyətcə böyük roman
15.12.14

Avanqard.net BDU-nun “Azərbaycan dilçiliyi kafedrası”nın professoru, filologiya elmləri doktoru İlhamə Hacıyevanın istedadlı yazıçı Kənan Hacının "Rəqqasə" romanı haqqında məqaləsini təqdim edir.


Yaşadığımız dövrün son onilliklərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, xüsusən də yeni ictimai-siyasi formasiyaya keçid, sovet imperiyasının çökməsi, Azərbaycanın müstəqillik əldə etməsi cəmiyyətin bütün sahələrinə yeniliklər bəxş edib. Təbiidir ki, ədəbi-bədii təfəkkür hər zaman cəmiyyətin, hər hansı bir dövlətin ictimai-siyasi həyatında öndə gedən bir hadisədir, anlayışdır. Ədəbi-bədii təfəkkür cəmiyyətin həyatında baş verən istənilən dəyişikliyi operativ şəkildə əks etdirən cəhətdir. İstənilən dövr bədii söz nümayəndəsinin əsərində dövrün aktual problemlərinin həlli, eyni zamanda həmin dövrün müsbət özəllikləri, üstünlükləri bədii-estetik cəhətdən öz əksini tapır.

Yeni nəsil yazarlarından olan Kənan Hacı öz qələminin şirinliyi ilə artıq çoxlarının diqqət mərkəzindədir. Bir sıra samballı kitabların müəllifi olan Kənan Hacı yorulmadan öz üzərində çalışır. Yazılarını səbirsizliklə gözləyənləri yeni əsərlərilə sevindirməyə çalışan Kənan bəy bu dəfə oxucularını “Rəqqasə” adlı romanı ilə sevindirdi. Dilimizin zənginliyindən, şirinliyindən, axıcılığından faydalanan Kənan sözün həqiqi mənasında müşahidə etdiyi həyat hadisələrini qələmə alır. 87 səhifəlik əsəri birnəfəsə oxuyursan. Uzun illərin ədəbi tənqid təcrübəsindən çıxış edərək deyə bilərik ki, cəmiyyətdə insan psixologiyasına, düşüncə tərzinə təsir edəcək elə bir anlayış, məqam, proses, hadisə və ya digər həyati amillər tapmaq olmaz ki, onun öyrənilməsi, şərh edilməsi və araşdırılması üçün bədii ədəbiyyata müraciət edilməsin, bu sənət nümunələrindən istinad kimi bəhrələnməsin. Kənan Hacı da belələrindəndir. Həyatda müşahidə etdiklərini sözə çevirib ədəbiyyata gətirir, gətirir ki, həyatın keşməkeşli yollarında insanlar büdrəməsin, düzgün mövqe tutub səhv etməsinlər.

Bədii ədəbiyyata verilən ibtidai tərifdə yazılır: “Bədii ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir”. Bəli, həyat və bədii ədəbiyyat bir-birilə üzvi vəhdətdədir, daimi təmasdadır. Həyatdan, reallıqdan kənarda bədii ədəbiyyat mövcud deyil, həyat, insan cəmiyyəti isə bədii ədəbiyyatsız keçinmir. Bu söz sənətinə bəşəriyyət yarandığı gündən vacib həyati bir ünsür kimi xüsusi ehtiyac duyulub, zaman keçdikcə bu həyati tələbat ideoloji tələbata çevrilib. Düzdür, bədii söz ustalarının realist və romantik cərəyan nümayəndələri adları altında qruplara bölünməsi dediyimiz fikrə, yəni bədii ədəbiyyatın reallıqdan kənarda mövcud olmaması hökmünün düzgünlüyünə müəyyən qədər kölgə sala bilir. Lakin nəzərə alanda ki, həyat həqiqətlərinə əsaslanan realist yazıçı ilə bu həqiqətləri öz hiss və həyəcanları ilə ifadə edən romantik yazıçı arasında forma cəhətdən nə qədər fərq olsa da onların hər ikisi özlərinin daxili, şüuraltı qayələri ilə həmişə bir-birilə bağlıdır, bu tərəddüdə son qoyulur. Yəni əslində həm realist, həm də romantik təsvir üsulları xalqın milli tarixi inkişafında eyni səviyyədə inkişaf etmişdir. İstər realizmin, istəsə də romantizmin hansı dövr ədəbiyyatın inkişaf hadisəsi olması isə başqa məsələdir. Təbiət rənglər kimi rəngarəngdir.

Kənan əsərində həyat rənglərinə, təbiət boyalarına düzgün yanaşır – tünd boya, çəhrayı boya, qırmızı boya... – bir sözlə, rənglər səltənətinə baş vurur, düzgün nəticə çıxarır. Onun yaratdığı obrazlar təbiət rəngləri kimi müxtəlif cür doğulur, qəribə taleləri ilə barışmalı olurlar.

Tarixilikdə olduğu kimi, müasirlikdə də ədəbi ənənələrin özünəməxsus xüsusiyyətləri olub və bu xüsusiyyətlərin qayəsində varislik və sələflik istiqaməti bədii məntiqi qanunauyğunluğa əsaslanmalıdır. Xüsusilə müasirlik anlayışı müəyyən ictimai formasiyadan digərinə keçid mərhələsi ilə bir zaman kəsiyində üzləşirsə, problemə daha böyük həssaslıqla yanaşılmalıdır. Kənan Hacının yazıları müasirdir, məntiqi mühakimələri doğru və inandırıcıdır.

Adətən roman janrı deyəndə gözümüzün qarşısına həmişə böyük bir əsər gəlir. Əsər qəhrəmanların taleyi, hadisələrin gedişatı əvvəldən axıra qədər bu janrın fonunda gerçəkləşir.  Çağdaş dövrdə elə əsərlər də var ki, roman adlansa da həcmi  o qədər də böyük deyil. Lakin əsərin ideyası, orada qoyulan məsələlərin həlli yalnız roman janrı üçün əlverişlidir. Kənan Hacının əsəri kimi.

Müasirimiz olan yeni həyat və cəmiyyət quruluşunda iştirak edən bədii söz ustalarının yaradıcılığının sistemli şəkildə şərh edilməsi müasir ədəbiyyatşünaslığın ən aktual problemlərindəndir. Bu aktuallıq ilk növbədə onunla izah edilir ki, ədəbi-bədii təfəkkür və onun simaları cəmiyyətin həyatında baş verən dəyişiklikləri obrazlı şəkildə əks etdirənlərdir.Qeyd edim ki, bütün yazarlar kimi Kənan Hacı da özünəməxsus qanadlı sözləri, ibarələri, obrazlı ifadələri məharətlə işlədir. Məsələn, əsərdən bir neçə nümunəyə diqqət edək:

“Hiss edirdim ki, baxışlarımdan soyuq duş qəbul edirmiş kimi xoşlanır”, “özünü sevgi deyilən nəhayətsiz hava boşluğuna tullamaq”, “pul həmişə bu evə sel kimi axıb...”, “evimizin cod divarları atamın qabarlı əlləri kimi çat-çat idi”, “...içim yuxusuz göz kimi acışırdı”, “...bir cümlə elə hey iynəsi ilişmiş val kimi beynimdə fırlanırdı”, “kəndimizdə mənə bəslənən ümidlər qaranlıq səmada axıb qeybə çəkilən ulduzlar kimi tədricən öləzidi...”, “ceyran südü artıq öz işini görmüşdü”, “söhbət tısbağa ayağıyla yeriyirdi”, “fontan suları rəqs eləyirdi” və s.

Mühit və insan problemi əsərin yazıldığı dövrdən, məkandan və müəllifdən asılı olmayaraq o zaman öz həllini tam şəkildə tapa bilir ki, mühit və şəxsiyyətlə bağlı ümumi qanunauyğunluqlar ayrı-ayrı fərdlərin timsalında cəmiyyətin, o cümlədən cəmiyyət üzvlərinin həyatının müxtəlif mərhələlərində müqayisəli şəkildə verilmək imkanına malik olsun. Belə olduqda, yazıçı-şəxsiyyət bir vətəndaş kimi əsərdə qarşısına qoyduğu problemlərin, məqsədlərin mütləq şəkildə bir tərkib hissəsi olan mühit və şəxsiyyət problemini tam açıqlığı, fəlsəfi, poetik məzmunu ilə birlikdə verməyə müvəffəq ola bilər. Eyni zamanda demək lazımdır ki, istənilən bədii əsərdə janrından, həcmindən asılı olmayaraq, ən aşağısı bir, əksər hallarda isə psixologizmlə bağlı bir neçə problem qoyula bilər. Və bu problemlər eyni bir əsər daxilində müxtəlif şəkillərdə sıralanmaq imkanına malikdir. Kənan bəyin bu problemlər sırasında mühit və şəxsiyyət problemi öz əlahiddəliyi ilə seçilir. Başqa sözlə desək, hər hansı bir əsər daxilində sadalanan bu problemlərdən ya hamısı, ya biri, yaxud bir neçəsi ola bilər. Və bu problemlər sırasında bədii ədəbiyyat üçün, o cümlədən, bədii nəsr üçün mühit və şəxsiyyət problemi yeganə sabit problem kimi qalmaq imkanına malikdir, yəni istənilən əsərdə zaman və şəxsiyyət, mühit və şəxsiyyət problemi mütləq məqsəd kimi qarşıya qoyulur. Və bu problemin hansı məzmunda, hansı rakursda və aspektdə həllindən asılı olaraq bədii ədəbiyyat, o cümlədən bədii nəsr üçün digər konsepsiyaların mahiyyətinə də rəvac verilir.

Əsərdə həyat hadisələrinin, mən deyərdim ki, planı qurulub. Bu əsər cild-cild kitablar üçün bir plandır. Mən inanıram ki, Kənan Hacı gələcəkdə əsərdəki hadisələri genişləndirib təfərrüatıyla açmaq istəyəcək, qoyduğu problem məsələləri həll etməyə çalışacaq və oxucularının mənəvi dünyasını daha da genişləndirəcək. Mən ona bu çətin yaradıcılıq yolunda səbr, bir də can sağlığı arzulayıram.

Qoy qələminiz həmişə iti olsun, Kənan bəy! Yazılarınızla oxucularınızı mənəvi zövqdən xali etməyəsiniz. Sizə uğurlar arzulayıram!

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.