Modianonun Nobel nitqi
11.12.14

Fransız yazıçısı Patrick Modianoya Stokholmda 2014-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilib. Nobel nitqindən seçmələri təqdim edirik.

İNTERNET ƏSRİ VƏ ƏDƏBİYYAT

Modiano deyir ki, 20-ci əsrdə zamanın axarı indiki qədər sürətli deyildi. Yazıçı özünü müəyyən bir dövrün adamı kimi hiss edirdi. Balzakı, Dostoyevskini oxuyur və bu onda nostalgiya hissi yaradırdı.

Özünü konkret dövrün adamı hiss etmək - yazıçı peşəsini seçmiş insan üçün münasib idi. Çünki bu ona öz enerjisini düzgün paylaşdırmaq imkanı verirdi.

Modiano bu mənada əvvəlki nəsillərin yaradıcılığını kafedral kilsətək diqqətlə layihələndirilmiş memarlıq nümunələrinə, indinin yazıçılarının yaradıcılığını isə vahid struktura malik olmayan, bir-birilə əlaqəsiz, fraqmentar tikililərə bənzədir:

“Mənim üçün maraqlıdır, bilmək istərdim ki, İnternet, mobil telefonlar, e-mail-lər və tvitlər dövründə doğulmuş növbəti nəsillər bu dünyanı ədəbiyyat vasitəsilə necə təsvir edəcəklər. O dünyanı ki, orada hamı daim “bir-birilə əlaqədədir” və “sosial şəbəkələr” lap bu yaxınlaracan bizim yalnız özümüzə məxsus olan məhrəm və gizlin guşələrə müdaxilə edir. Bu həmin gizlin guşələrdir ki, fərdin iç dünyasını genişləndirir və romanlar üçün ciddi mövzuya çevrilə bilir.

Buna baxmayaraq mən ədəbiyyatın gələcəyinə nikbin baxıram və əminəm ki, gələcəyin yazıçıları da Homerdən bəri hər bir nəslin etdiyi kimi bu irsi qoruyub özlərindən sonrakılara ötürə biləcəklər…”

“PROUST KİMİ XATIRLAMAĞIN MÜMKÜNSÜZLÜYÜ”

Nobel mükafatı Modianoya “ən təsəvvürəgəlməz insan talelərinə işıq tutan və işğal gerçəklərini üzə çıxaran xatırlama məharətinə görə” verilib.
Yazıçı Nobel nitqində deyir ki, təəssüf ki, daha keçmişi Marcel Proust kimi xatırlamaq mümkün deyil. Çünki Proust-un təsvir etdiyi cəmiyyət sabit bir cəmiyyətdi. 19-cu əsr cəmiyyəti idi.

Modiano deyir ki, Proust-un yaddaşı keçmişi bütün detalları ilə bərpa edirdi. Canlı tablo kimi.* Bu günün yaddaşı isə daim amneziya və unutqanlıqla mübarizə durumundadır. Və bu şəraitdə yazıçı keşmişdən yalnız ayrı-ayrı fraqmentlər, əlaqəsiz detallar, ötəri və demək olar ki, dərkolunmaz insan taleləri götürə bilər.

Modanonun fikrincə, elə yazıçının da hədəfi odur ki, unutqanlığın bu ağ vərəqində bir neçə sözün yenidən qaralıb görünməsinə nail olsun. Okeanda gözdən itmiş aysberqlərin yenidən görünməsi kimi.


Yazıçı deyir ki, onun davamlı olaraq yaddaş mövzusunda yazması təsadüfi deyil. O 1945-ci ildə, yəni 2-ci Dünya Müharibəsində bütöv şəhərlərin viran qoyulduğu, onların əhalisinin yer üzündən silindiyi bir dövrdə dünyaya gəlib. Buna görə də itənləri, naməlum qalanları xatırlamaq, yaddaşda bərpa etmək ehtiyacı duyub.

HİTCHCOCK VƏ MODİANO


Modiano deyir ki, sevdiyi yazıçıların bioqrafiyasını oxumaq istəyəndə bunu xeyli götür-qoy edir. Çünki bioqraflar elə xırda və az vacib olan detallara varırlar ki, bütün bunlar yazıçının əsl kimliyini kölgədə qoyur. Lap, radio dalğalarını eşidilməz edən maneələr kimi.
Amma Modianonun fikrincə, eyni zamanda bioqrafiyanı oxuyanda bəzən, uşaq vaxtı sənət adamının başına gələn elə hadisədən agah olursan ki, bu onun yaradıcılığına işıq salır.

Məsələn, məşhur Amerika rejissoru Alfred Hitchcock-un 5 yaşı olanda atası ona məktub verib polis əməkdaşı olan dostuna çatdırmağı tapşırır. Məktubu alan polis uşağı, adətən cinayətdə şübhəli bilinənlərin saxlandığı kameraya salıb ağzını qıfıllayır. Uşaq bir saat həmin kamerada qalır və polis onu oradan çıxaranda “indi bildin pis iş tutanda adamı nə gözləyir?” deyir. Modiano düşünür ki, bu hadisənin qorxu, dəhşət, həyəcan dolu filmlərin ustası olan Hitchcock-un yaradıcılığına təsiri olmamış deyil.

Modiano deyir ki, uşaq vaxtı yaşadıqlarının onun öz yaradıcılığına da təsiri olub. Çünki uşaq vaxtı çox olub ki, günləri valideynlərinin dostlarının evində, yaxından tanımadığı insanların evində keçib. Müxtəlif məkanlarda. Bir müddət sonra həmin adamlar, yerlər onun yadından çıxıb və onlar haqda məlumat toplamaq ehtiyacı hiss edib. Yazmaq istəyi də onda bu cür yaranıb. Gerçəkdə izinə düşə, sirrini aça bilmədiklərinin, itənlərin axtarışına təxəyyülündə çıxmaq, naməlum qalanları bir-birinə calamaq…

“Doqquz, ya da on yaşım olanda azmaqdan qorxsam da, təkbaşına şəhəri gəzməyə başladım. Getdikcə daha uzaqlara - şəhərin kənarlarına gedib çıxırdım”. Modiano deyir ki, daha sonra Sena çayının digər sahilinə də keçib. Metrodan da istifadə etməyə başlayıb. Öz qorxularına qalib gəlib. Hətta gecələr də gəzintiyə çıxmağa başlayıb.
Öz şəhərini getdikcə daha çox tanıyıb. Onda 19-cu əsrdən bəri Paris, London, Sankt-Peterburq, Stokholm kimi şəhərləri öz əsərlərinin əsas mövzusuna çevirmiş yazıçılara heyranlıq yaranır.

Doğma şəhərinə uşaqlıqdan bu cür bağlandığını deyən Modiano hər küçənin onda sevinc, məyusluq, yaxud başqa hiss yaratdığını bildirir. Şəhər beləcə, uşaqlıqdan yazıçının həyatının bir hissəsinə çevrilib. Gənc yaşlarında yazıçılığa başlayanda isə Modianoya Parisin keçmiş telefon-məlumat kitabları kömək edib. “Düşünürəm ki, ilk kitabımı yazmaq istəyi məndə Parisin köhnə telefon-məlumat kitablarını vərəqləyərkən yaranıb. Qələmlə bəzi naməlum şəxslərin adları, ünvanları və telefon nömrələrinin altından xətt çəkirdim və düşünürdüm ki, yüz minlərlə insan adı arasında bu adamlar necə bir həyat yaşayıblar”.

“BİLMƏK İSTƏYİRDİM Kİ, NİYƏ MƏHZ MƏNİ SEÇİBLƏR”


Modiano Nobel nitqində deyir ki, mükafata layiq görülməsi xəbərini eşidən gün bu ona qeyri-real gəlib. Bilmək istəyib ki, niyə məhz onu seçiblər. Həmin gün anlayıb ki, yazıçı öz əsərinə qiymət vermək məsələsində nə dərəcədə kordur. Bu məsələdə oxucularından nə qədər az məlumatlıdır:

“Yazıçı heç vaxt öz oxucusu ola bilməz. O bunu yalnız əlyazmasını oxuyub səhvləri düzəldəndə, təkrarları, artıq abzasları çıxaranda edir. Onun öz kitabı haqda məlumatı adətən, yarımçıq və dolaşıq olur”.

Modiano deyir ki, bu mənada yazıçı tavanda böyük freskanın hansısa detalı üzərində işləyən və çəkdiyi rəsmi tam olaraq görə bilməyən rəssama bənzəyir. /oxuzali.az/

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.