Alatoran Yayınları seriyasından məşhur Norveç səyyahı Roald Amundsenin iki kitabı çapdan çıxıb – “Mənim həyatım” və “Cənub Qütbü”.
Arktika çöllərinin yorulmaz araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen “Mənim həyatım” kitabında öz ömür yolundan danışır.
Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir.
Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir. /oxuzali.az/