Aydın Dadaşov - Kolxoz mövzusunda insani münasibətlər
01.12.14

Avanqard.net professor Aydın Dadaşovun "Kolxoz mövzusunda insani münasibətlər" məqaləsini təqdim edir.

Mirzə İbrahimovun «Böyük dayaq» romanı əsasında yazdığı eyniadlı ssenari əsasında  Həbib İsmayılovun 1962-ci ildə quruluş verdiyi filmin əvvəlində manqa başçısı ilə traktorçunun mübahisəsinə müdaxilə edən kolxoz sədri Rüstəm kişinin (Ələsgər Ələkbərov) Sarıqamışa, yaylağa qalxması, çobanların qayğısını çəkməsi təsərrüfat rəhbərinin portretini yaradır. Evə qayıdan Rüstəm kişinin oğlu Qaraşın (Həsən Məmmədov) şəhərdən Mayanı (Tamilla Rüstəmova) özünə gəlin gətirməsini əsəbiliklə qarşılaması milli dəyərlərə söykənən ailə başçısını canlandırır. Qızın ata–anasının müharibədə həlak olmasını eşidən Rüstəm kişinin divardakı cəbhə fotoşəklinə baxaraq yumşalması qəhrəmana rəğbət hissi yaradır.

Romanda gənclər şəhərdə kəbin kəsdirib gəlsələr də, filmdə Qaraşın toyunda oynaya–oynaya meydana girən Salmanın (Firudin Mehdiyev) özünün və bacısı Naznazın (E.Ediqarova) adından bəylə gəlini təbrik etməsi mühiti açmaqla yanaşı personajları fəaliyyətdə təqdim edir. Yanındakı mühasib Yarməmmədə (İbrahim İsfahanlı) «Baxmaqla doymaq olmur» deyən Salmanın bəd niyyəti bəlli olsa da, başına papaq qoyub sazı sinəsinə basan partiya təşkilatı katibi Şirzadın (M. Yegizarov) oxuduğu «Mirzəcanı» havasını Pərişana həsr etməsi yeni bir sevgi motivini üzə çıxarır. Ananın bəylə gəlinə xeyir–dua verməsi Pərişanın otağa daxil olmaq istəməsi, Mayanın Kürlə Arazın birləşdiyi suqovuşanı seyr etməsi teatr estetikasında həllini tapsa da, növbəti epizodda gəlinlə qaynatanın kolxoz problemlərini müzakirə etmələri istehsalat mövzusunu qabardır. Rüstəm kişinin Şirzadı özünə müavin götürməsinin fırıldaqçı Salmanda qısqanclıq hissini yaratması personajlararası ziddiyyəti yaradır. Mayanın Muğan haqqında sözlər yazılan kitabın ardınca Qaraşı göndərməsini götürməyən Rüstəm kişinin mentalitet təfəkkürü yenidən üzə çıxır. Salmanın bacısı Naznazın bişirdiyi plovu tərifləyən ispalkom sədri Kələntər lələni evlərinə dəvət etməsi, Rüstəm kişinin kolxoz iclasında pambıq planının müzakirəsində müavini Şirzadın çıxışına hiddətlənməsi, sovet iqtisadi siyasətin iç üzünü açan qarğıdalı, mərcimək məsələsinin ortaya çıxması, Salmanla Yarməmmədin  ötən ilki vəziyyəti araşdıran Şirzadı sədrə pis qələmə vermələri xeyir-şər ziddiyyətini qızışdırır. Sübhdən qapını kəsdirən Yarməmmədlə Salmanı evə buraxmamağı ərinə tövsiyyə edən Səkinənin: «Onlar mənim arxamdır!» cavabını alması və Kələntər lələnin Rüstəm kişidən yazılan anonim məktubdan söz açması Salmanın kolxoz sədrinin müavini təsdiq edilməsi, ferma müdiri çoban Kərəmin işdən çıxarılması fabulanı nizamlayır. Kolxozçuları uzaqdakı tarlalara çatdırmaq üçün nəqliyyat tələb edən Telli xalanın (Nəsibə Zeynalova) anonim məktub yazmaqda günahlandırılan oğlu Kərəmi müdafiə etməsi, atını yaylağa çapan Salmanın yolüstü Mayanı da dilə tutub tərkinə alması qarşıdurmanı artırır.

Çoban Kərəmin alaçığında zarıyan arvadına baş çəkən Mayanın gəlib çıxan Rüstəm kişidən qadını xəstəxanaya aparmağı tələb etməsi, özünü mərd-mərdanə müdafiə edən ferma müdirinin sözünü dinləməyən sədrin evə qayıtdıqdan sonra öz maşını ilə Qaraşı xəstənin ardınca göndərməsi insani keyfiyyətin açılışına xidmət edir. Rayona yeni raykom katibi təyin olunan Şərəfin (Məmmədrza Şeyxzamanov) Rüstəm kişinin cəbhə dostu olduğunun bəlliliyi problemin həllinə yönələn hadisələrə rəvac versə də, Mayanın suvarmanı düzgün aparmayan briqadir lal Hüseyni məzəmmətləməsi, qonşu kolxozun sədri Kərəmoğlu ilə sosoializm yarışına hazırlıq, yun və yağ planının doldurulma¬ma¬sının, pambıq sahələrinə gübrənin az verildiyinin üzə çıxması isteh-salat mövzusunu qabardır. Nəhayət Rüstəm kişinin oğluna «Sən kişi olsan arvadı öz başına buraxmazsan!» deməsi, Naznazın Qaraşı tora salmaq istəməsi ziddiyyəti şəxsi-psixoloji motivə, ailə müstəvisinə gətirir. Gecə Naznazın Qaraşı evinə dəvət etdikdə paralel montajda tənha Mayanın ərinin: «Mən səni qızılgül kimi bağrıma basıb oxşayacağam» sözlərini xatırlayaraq piano arxasına keçməsi əyalət təfəkkürlü sentimentalizmi bəyan edir. Paralel montajda tikanlı kəlmələrlə Naznazın arvadının at belinə yaylağa getməsini Qaraşa xatırlatması və işdən qayıdan kolxozçu qadınların onları görməsilə dedi-qodunun artması, atanın oğluna sillə vurması, həyətdəki zanbaqlarla vidalaşaraq evdən gedən Mayanın qonşu kənddə kirayənişin qalması dövlət planının doldurulduğunu, hökumət malına kəm baxmadığını deyən çoban Kərəmi kolxozçuların müdafiə etməsi, raykom katibi Şərəfin müdaxiləsilə anonim məktub yazanın axtarılması gözönü  ziddiyyəti artırır.

İkili ekspozisiyda Rüstəm kişinin özünün-özü ilə danışması şərtiliyi artırmaqla informasiya gerçəkliyinin üzərinə kölgə salsa da: «Səndən əvvəl olanların gözündə hamı düşmən kimi görünürdü» cümləsi statalizmə mesaj kimi səslənir. Rayondan yeni texnika gətirərək suvarmanın səviyyəsini  yüksəltməklə Rüstəm kişinin gözündə qalxan Mayanın evə qayıtması naminə atasının qonşu kolxozun sədri Qara Kərəmoğluna göndərdiyi  kitabı çatdırmağa gedən Qaraşın həyətdə zanbaq yığması və eyni çiçəkləri Salmanın gecə Mayanın pəncərəsindən içəriyə atması melodrama üçbucağını qızışdırır. Kəbin kəsdirməyi təklif edən Naznaza Qaraşın: «Mənim gül kimi arvadım var. Sən onun dırnağına da dəyməzsən!»  cavabını  verməsi, Pərişanla Şirzadın yaxınlığını görən Rüstəm kişinin qızını ərə vermək niyyəti və gəlib çıxan Şərəfin apardığı iclasda imzasız məktub yazanların ifşası, qaranlıq gecədə lal Hüseynin çadrına yaxınlaşan qoca çobanın onun Yarməmmədlə fermanı talamaq barədəki söhbətini Rüstəm kişiyə çatdırması, aradan çıxan Salmanın yolüstü rastlaşdığı Mayaya pulları göstərib: «Ömrümüzün axırına qədər çatar!» deyə az qala gəlini zorlamaq istədiyi məqamda at belindəki Rüstəm kişinin özünü çatdırması xeyir-şər qarşıdurmasını səciyyələndirir.

Salmanı, Yarməmmədi, lal Hüseyni qamçılayan Rüstəm kişinin dəyənəklə başından vurularaq suya atılması buraxılan səhvlərin cəzası kimi səslənir. Gur çayın apardığı yaralı Rüstəm kişinin harayına məhz çoban Kərəmin yetişməsi kimin kim olduğunu gözönü hadisədə təsdiqləyir. Xəstəxana çarpayısına uzadılmış yaralı Rüstəm kişinin dostu Şərəfə işdən çıxacağını bildirərək: «Mən səni gələcəyi yaradanlar sırasında görməyə öyrəşmişəm!» cavabını alması şəxsiyyət faktorunun hələ də yaşadığını təsdiqləyir. Rüstəm kişinin yanına gələn Mayaya üzrxahlıq etməsi, bir–birinə yenidən qovuşan gənclərin açılan səhəri seyr etmələri problemlərin həllini verir.

9 oktyabr 1962-ci il tarixli Bədii şurada: «Kolxozlarda ədalət və demokratiya uğrundakı mübarizənin metodu köhnə günləri xatırlatmaqla filmin qüsuruna çevrilir deyən Rza Təhmasibdən sonra, «Şəxsiyyətə pərəstiş, xalqdan aralanma məsələsi düzgün əksini tapmışdır»  fikirlərinin sahibi, əsərin və ssenarinin müəllifi Mirzə İbrahimov ədəbiyyat və sənətimizin yalnız zahiri bərpaya qadir olduğunu təsdiqləyir. Əlbəttə ki, quruluşçu rejissorun pe¬şə¬kar üslubundakı teatrallıq kinematoqrafik metodların tətbi¬qinə, mü¬hitin mənzərəsinin açılışına, ikinci planın yaranmasına, səs¬lən¬mə¬də psixoloji məqamların ortaya çıxmasına, musiqinin leytmotivə çev¬ril-məsinə imkan vermədi. Bununla belə məhz Həbib İsma¬yılovun dəqiq seçimi, iş birliyi əsasında ekranda sonuncu rolunu oynamaqla sanki bizimlə vidalaşan Ələsgər Ələkbərov filmin əsas dramaturji yükünü məharətlə çəkə bildi.

 19 may 1963-cü ildə çıxan «Ədəbiyyat və incəsənət» qəzetindəki «Böyük dayaq» məqaləsində filmin məziyyətlərindən söz açan Cəlal Məmmədovun: «Ələkbərov hər bir hərəkəti, hər bir baxışı ilə göstərir ki, Rüstəm kişi nə isə daxilən özündən narazıdır. Onun qəlbində daim nigarançılıq vardır. Tamaşaçı duyur: belə bir insan, yəni yaxşı keyfiyyətləri üstünlük təşkil edən bir insan cəmiyyətimizin böyük həqiqətini dərk etməyə bilməz»  cümlələri akt¬yorun daxili monoloqunu ali qayəsini dolayı yolla səciyyələndirə bilir. Kinoşünas Nelli Hacınskayanın: «Romandan fərqli olaraq filmdə Rüstəm kişinin insanlara, dünyaya baxışının dəyişməsi cəhdinin açılışı, özünün özü ilə mübarizənin nəyin hesabına başa gəlməsi yoxdur və şekspiranə rolların mahir ifaçısı kimi məşhur aktyor-Ələkbərov rolun sxematikliyini aşa bilmir»  fikirləri əslində dövrün sosrealizm ictimai üslubunun dəyişməsidir. Siyasətdən uzaq Qaraş rolu ilə bu filmdə ilk böyük rolunu oynayan Həsən Məmmədov isə fəth edəcəyi ekran sənətində ilk addımlarını ata bildi.

6 iyun 1963-cü ildə çıxan «Sovet kəndi» qəzetində İnqilab Kərimovun «Böyük dayaq filmi haqqında» məqaləsindəki: «Qaraşla Mayanın yataq otağını təsvir edən açıq səhnə yaxşı təsir bağışlamır. Ölkəmizin digər kinostudiyaları tərəfindən istehsal olunmuş bir sıra kinofilmlərdə göstərilən ərlə-arvadın (yaxud sevgililərin) çarpayı söhbətinin «Böyük dayaq» kimi layiqli bir filmə gətirilməsinin nə mənası varmış?»  sualı mühafizəkarlığın göstəricisinə çevrilir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.