"Servantes Mükafatı"nın 2014-cü il qalibi Xuan Goytisola oldu
25.11.14
İspaniya Mədəniyyət Nazirliyinin 1975-ci ildən bəri təqdim etdiyi "Servantes Mükafatı"nın 2014-cü il qalibi bəlli olub.
Mükafat bu dəfə katalon yazar Xuan Goytisolaya təqdim edilib. Qeyd edək ki, "Servantes Mükafatı" ispan ədəbiyyatının ən nüfuzlu ali mükafatı hesab olunur və "İspaniyanın Nobeli" kimi tanınır. 83 yaşlı Xuan Goytisola bu mükafata layiq olmaqla bərabər 125 min Avroya da sahiblənəcək.Milli, eləcə də beynəlxalq mükafatlara layiq görülən Xuan Goytisola 2008-ci ildə İspaniya Milli Ədəbiyyat Mükafatını da əldə edib. Onun yaradıcılıq çoxşaxəlidir: şeir, hekayə, səyahət romanları, roman, film ssenariləri və s.
İspan yazar İstanbulla bağlı əsəri ilə də - "Osmanlının İstanbulu ilə "Kapadokya"da Gaudinin izində" tanınır. O, eyni zamanda Bosniya və Çeçenistan müharibələri zamanı döyüş meydanlarında olub və müxbirlik edib. Onun bu müharibələr haqqında xəbərləri, eləcə də köşə yazıları "El Pais" qəzetində dərc olunub.Keçmiçdə ABŞ-ın bəiz universitetlərində ədəbiyyatdan dərs deyib.
Yazıçının bəzi kitabları İspaniyanın diktatoru Franko dövrüdə senzuraya uğrayıb.Mükafatın təqdimetmə mərasimi böyük ispan yazıçısı Servantesin ölüm tarixi olan 23 apreldə baş tutacaq və həmin gün Xuan Goytisolaya mükafatı İspaniya kralı VI Filipp təqdim edəcək. /ann.az/
|