Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ABŞ-da işıq özü görüb
24.11.14
Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında işıq özü görüb. Kitab Azərbaycan dilindən ingilis dilinə Anne Thompson tərəfindən tərcümə edilib.
Kitab Amerikanın məşhur “Strategic Book Publishing and Right Co.” nəşriyyat evi tərəfindən çap edilib. Qeyd edək ki, bu nəşriyyat daha öncə müəllifin “Yarımçıq əlyazma” romanını nəşr etmişdi.
Kitabda müəllif haqqında verilmiş qısa informasiyada Kamal Abdullanın tanınmış Azərbaycanlı yazıçı və alim olduğu, dilçilik, kulturologiya, mifologiya haqqında elmi araşdırmalar apardığı, həmçinin dünyanın bir sıra dillərinə tərcümə olunmuş romanların müəllifi olması qeyd edilib.
Müəllif əsərinin ithaf hissəsində belə yazır: "Hər kəsin öz sehrbazlar dərəsi var və hər kəs bütün həyatı boyu, bəzən özü də bilmədən, onun axtarışındadır. Özü də bilmədən axtarışda olanlar bu kitabdan yan keçəcəklər. Bu kitab onlara ithaf olunur..." /kult.az/
|