Kurslar iki istiqamətdə fəaliyyət göstərir:
1. İxtisasartırma kursları - aşağıdakı dillər üzrə təşkil edilir:
Xarici dil |
İxtisasartırma mövzusu
| |||
İngilis dili | Bədii və humanitar sahələr üzrə tərcümə | Media | Maliyyə və iqtisadi materialların tərcüməsi | – |
Fransız dili | – | Media | – | Rəsmi, hüquqi sənədləşmələr |
Alman dili | Bədii və humanitar sahələr üzrə tərcümə | – | – | Rəsmi, hüquqi sənədləşmələr |
İtalyan dili | Bədii və humanitar sahələr üzrə tərcümə | Media | Ümumi tibbi materialların tərcüməsi | Rəsmi, hüquqi sənədləşmələr |
İspan dili | – | Media | Politologiya sahəsində materialların tərcüməsi | Rəsmi, hüquqi sənədləşmələr |
Rus dili | Bədii və humanitar sahələr üzrə tərcümə | – | – | – |
Türk dili | Bədii və humanitar sahələr üzrə tərcümə |
|
| Rəsmi, hüquqi sənədləşmələr |
Fars dili | – | – | – | Rəsmi, hüquqi sənədləşmələr |
Ərəb dili | Bədii və humanitar sahələr üzrə tərcümə | – | – | Rəsmi, hüquqi sənədləşmələr |
2. Dil kursları - müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:
İngilis
Alman
Fransız
İspan
İtalyan
Rus
Türk
Fars
Ərəb
Kurslar 12 yanvar 2015 tarixindən fəaliyyətə başlayır. İxtisasartırma kurslarının müddəti 3 ay, dil kurslarının müddəti 6 aydır. Məşğələlərhəftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Kurslara qəbul qeydiyyatı 22 dekabr 2014 tarixində başa çatır.
Kursların aylıq ödənişi 35 AZN-dir.
Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Kurs rəhbərliyinə təqdim edilməlidir.
Kurslara qeydiyyat üçün müvafiq sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV
Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.
E-mail: [email protected]
Əlaqə telefonu: (+994 12) 595-10-69