Yazıçı Məmməd Oruc əməliyyat olunub
17.11.14
Tanınmış yazıçı Məmməd Oruc əməliyyat olunub. Bu barədə xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca məlumat verib. O, bildirib ki, M. Oruc hazırda özünü normal hiss edir: “Qorxulu, narahatlığa əsas olan ciddi bir şey yoxdur. Yırtıq əməliyyatı olunub. İndi özünü normal hiss edir. Mən də Səyavuş Məmmədzadə ilə ona baş çəkməyə, hal-əhval tutmağa gəlmişik”. F.Qoca əlavə edib ki, M. Oruc bu gün xəstəxanadan evə buraxılıb: “Əməliyyat srağagün keçirilib. Görünür, məsləhət olub ki, evə buraxıblar. Həkimlər əməliyyatın nəticəsini qənaətbəxş qiymətləndiriblər. İndi bağda dincəlir”. /APA/
|