AYO özünə sədr seçdi
17.11.14
Gənc yazar Namiq Şaman (Hüseynli) daha 1 il müddətinə Azad Yazarlar Ocağının sədri seçildi.
Noyabrın 15-də qurumun idarə heyətinin toplantısı keçirilib, səs çoxluğu ilə Namiq Şaman sədrlik vəzifəsində qalıb.
AYO-dan bildiriblər ki, "bu addım sədr olduğu keçən bir il ərzində N.Şamanın nomenklatur ədəbiyyata qarşı prinsipial barışmaz mövqeyi ilə izah edilib".
Xatırladaq ki, AYO 2001-ci ildə yaradılıb. İlk sədri Rasim Qaraca olub. Daha sonra quruma Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey və Günel Mövlud rəhbərlik ediblər.
Namiq Şaman 1986-cı ildə anadan olub. “Ağac” tərcümə dərgisinin redaktorudur. Alman və rus dillərindən tərcümə kitablarının müəllifidir. Hal-hazırda Azadlıq Radiosunun OxuZalında çalışır. /Oxuzali.az/
|