Xanəmir - Nəsimi niyə “Leyli və Məcnun” yazmayıb?
12.11.14

Ey dili qafil fil faili məchul fani f...

Sözsüz,  bu suala bir neçə yöndən yaxınlaşmaq mümkün. Bu sualı  “Leyli və Məcnun”  poemalarını yazan şairlərin sahib olduğu  sufi dünyagörüşü  nöqteyi-nəzərdən izah eləmək də mümkün.  Bu məsələyə Nəsiminin sahib olduğu panteist dünyagörüşünün pəncərəsindən də yaxınlaşmaq mümkün. Biz, əslində, sualı başqa cür də qoya bilərdik. Sualın bu şəkildə qoyuluşu hardasa Nəsiminin üzərinə düşmüş kimi də sayıla bilər. Ancaq tərəfimizdən sualın bu şəkildə qoyuluşu hardasa, Nəsiminin  “Leyli və Məcnun” burulğanından yan ötməsini təqdirəlayiq bir iş kimi də saymaq mümkündür.

“Leyli və Məcnun” poemasına tutulanlar, öncəliklə deyim ki, o dönəmin dini düşüncəsinin ədəbiyyata yansıması və  poetik həlli yolunda bir güvən duyğusu, dini inancın poetik təfəkkürdə sığınma, istinadgah səriştəsiydi.

İnanc sistemlərinin ədəbi-bədii planda təşəkkül tapma instinkti həm də, bəlli bir dönəmdə etnosun  mədəniyyət faktorunda  ayaq üstə yuxugörmələriydi.

Bunun digər bir üzü dinin ədəbi sözün təsərrüfat balansına keçməsinin görünməsi, daha sonrakı dönəmlər üçün  etnosun  mədəniyyətinin dinə yönəliş dövlətçilik ekvivalentinin dışavurumuydu.

Bunun digər bir üzü isə din anlayışının, dini sistemin, inanc təfəkkürünün bir sonrakı tarixi, yaxud ictimai dönəmlərdə yeni görünməsi, kökdən düşməməsi tezliyinin bədii hadisədə təfərrüatıydı. Biz “Leyli və Məcnun” mövzusuna “Nəsimi niyə müraciət etməyib?” deməklə, onu əsla suçlamış deyilik. XIV əsrdə Allahın varlığının ədəbiyyatımızda Nəsimi yaradıcılığında təcəssümü, tamamilə başqa bir poetik olay sayılsa da, hesab edilsə də, dini dünya görüşün bir mədəniyyətin şəfaət hüsranlığıyla ağırlığının götürülməsiydi. Bir kahin, bir şaman kimi götürülən  bu ağırlıq ədəbiyyatda görünməsə də, toplumun həyat tərzində, insanlarım yaşamında özünü büruzə verirdi. Nəsiminin asılması, dərisinin soyulması faktı elə bəs edir ki, Azərbaycan , müsəlman dünyasındakı dini ehkamların törədiyi fəsadları görməyəsən.

Gələk yenə məsələnin kökünə. Nəsimi “Leyli və Məcnun” mövzusundan bilərəkdən  yan keçməyi bacardı. Bu sonrakı dönəmə o qədər də təsir etməsə də ( Nəsimin mövzudan imtinası)  Nəsimi, yaradıcılığı kimi böyük bir ada olaraq ədəbiyyat tariximizin ümumi mənzərəsində vazkeçilməz bir ədəbi-bədii-poetik məkan şəklində  tənhalığını zaman keçdikcə daha çox hifz edir, qoruyur və hər kəsi, hər kəsimi, hər düşüncə sahibini özünə çəkməyə başlayır. Niyə? Çünki Nəsimi ideya, düşüncə, inancla bahəm, həm də  ədəbiyyat tariximizdə bir xarakter nümayiş etdirib. Ölümün gözünün içinə gerçəkdən düz baxıb.

Nəsiminin yaradıcılığı nə qədər yazılı ədəbiyyat nümunəsi  kimi   ədəbiyyat tariximizə  keçsə də, özünün o müstəsna yeri olan xarakterindən də qaynaqlanan həyatı dastanlaşmış müstəviyə qalxıb. Eynən “Ərəb Zəngi”, “Koroğlu”, “Dədə Qorqud”, “Əsli və Kərəm” dastanı kimi. Bu dastana qarşı  millətin şüuraltında olan sevgisini yığıb toparlasan, dünyaları tutub, fəth eləmək mümkün.

Allahın təcəllasını İnsanın üzündə, üz cizgilərində  görən Nəsimi, Heç vaxt bu mənalar aləmini, bu məna qapısından keçməyi buraxıb da, birbaşa Leyli və Məcnun obrazları vasitəsi ilə Allahın ardınca düşüb dərələr keçib dağlar aşa bilməzdi. Çünki Hürufilik elmi  imkan vermirdi ki, bu elmin dindən ədəbiyyatımıza, poetik aləmə gətirdiyi  ərməğan, ya əmanət elə dolanbac yollarla Allahın dərgahına insanı aparıb çıxarsın. Leylini Məcnunla üz-üzə gətirincə, Nəsimi daha kəsə yolla gedərək həm Leylinin, həm Məcnunun üzündən, eyni şəkildə istifadə etmə şansı qazanırdı. Bu ayrıseçkilik Hürufi elminin, Nəsimi dünyagörüşünün poetik vasitəyə çevrilməsinə imkan verməzdi. Onun üçün nə Leyli, nə Məcnun vardı. Onun üçün insan üzü, insan üzünün cizgiləri –  qaşı, gözü, burnu, qulağı, alnı, yanaqları, çənəsi, dodaqları  var. Nəsimi insanı  kamilliyə çatdırmaq üçün, Allahın dərgahına götürmək üçün, qadın kişi ekvivalenti üzərindən hərəkət etmirdi, onun üçün qadın və kişi yoxdur. Qadında qadınlıq, kişidə kişilik yoxdur. Onun üçün insanın qadınlıqdan və kişilikdən qurtardığı yerdə hürufi elmi başlayır və bu elmin açdığı üfüqdən insan insanlıqdan çıxır – ya vəhşi olur, ya da kamil olur(Bəziləri Kamil olmağı  mələk olmaqla qarışdırır: - x.t.) İnsanın əsl  zatına dönüşündə Nəsimi çox israrlıdır. Nəsimi istəyir ki, insan bu dünyadakı qazandığı təcrübədən az itki verərək qayıdışını daha rahat təmin eləsin. Buna görə də quş dilindən istifadə edən şair, yaxşı anlayır ki, qutsal güclərin və müqəddəs yüklərin öz tempindən düşməməsi, ritmini itirməməsi, Allah qatında sahib olduğu əlamət və keyfiyyəti itirməməsi üçün açıq ifadə vasitəsi birbaşa ruhaniyyəti və qüdsiyyəti dağıdıcı formada iştirak edir.  “Quş dilinə” keçid isə bütün qarışıqlığı, ağırlığı dağıdır, poetik dünya dərkində ruhlar aləmiylə əlaqə və bağların sağlam oluşumu  gerçəkləşir. Qapalılıq, sirr, gizlinlik metafizik bütövlüyə, bərəkətə yetişməkdə, çatmaqda misilsiz dərəcədə pozitiv rol oynayır.
/kult.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.