Şəmil Sadiqin “Odərlər” Türkiyədə təqdim olundu
11.11.14
33-cü Beynəlxalq İstanbul Kitab Sərgisi çərçivəsində noyabr ayının 9-da səhər saat 11:00-dan axşam saat 18:00-dək Türkiyənin İstanbul şəhərində yazıçı Şəmil Sadiqin “Odərlər” romanının imza mərasimi təşkil olunub. İmza mərasimi Azərbaycan stendində yer alan Hədəf Nəşrl’rininin bölməsində təşkil edilib.
Xatırladaq ki, yazıçı Şəmil Sadiqin “Odərlər” romanı Türkiyədə “2023 Yayınları” tərəfindən türk dilində nəşr olunub . İlk dəfə “XAN” Çağdaş Azərbaycan ədəbiyyatı layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən bu əsər müəllifin “Qana qan qarışdı”, “Bu türk daha o türk deyil” dram və şeirlər kitabı, Müşfiq XAN ilə həmmüəllifi olduğu “Ümidlərin izi ilə” romanından sonra sayca dördüncü yaradıcılıq məhsuludur. Kitaba görkəmli Azərbaycan yazıçısı İsa Muğanna və Türkiyəli yazıçı Orhan Aras “Ön söz” yazmışdır. Kitabı türkcəyə uyğunlaşdıran Ruslan Rəhimovdur.
Mərasimdə YapıKredi Kültür Sanat Yayınçılığın redaktoru Sabri Köz, yazar, şair Mühsin Durucan, İstanbul şəhər Universitetinin dosenti Vüqar İmanbəyli, 2023 Yayınçılğın təsisçisi Suat Turqut, Dünya Akupunktur Dernekleri Federasyonu Türkiyə Təmsilçisi, professor Nimetullah Reşidi, ATUVA təmsilçisi Bülent Becan, İstanbul Tədarük Bölgə Başkanı Kənan Yakşı, Convekta LTD Türkiyə təmsilçisi Dimes HAK (Müşfiq Məmmədli), Sedir Yayın qrupu Genel müdiri Yunus Erdem, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Faiq Xudanlı, İstanbuldakı konsullarımız Nuru Quliyev, Esmira Hüseynova, Türkiyədə yaşayan Türkiyə yerli və əcnəbi media qrumlarının muxbiri və şərhçi Mayıs Əlizadə, AzərTAC-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtlı, ziyalı Aygün Həsənoğlu kimi qonaqlar, tələbələr, məktəblilər və kitabsevərlər iştirak etmişdir.
Hədəf Nəşrlərinin direktoru Müşfiq Xanın verdiyi məlumata görə Hədəf nəşrləri müxtəlif beynəlxalq sərgilərdə iştirak etsə də, İstanbulda keçirilən bu sərgidə ilk dəfədir ki, iştirak edir. “Nəşriyyat Azərbaycan adını və yazarlarını tanıtmaq baxımından yüksək səviyyədə tədbirə hazırlaşıb. İmza Mərasiminin təşkilatçıları ilə birgə 9 Noyabr tarixinin seçilməsi təsadüfi deyildir. Kitabın ideyasında işğal altında olan Şuşa şəhərəinə üçrəngli bayraq sancmaq olduğu üçün təqdimat üçün Bayraq gününü seçdik. Stendə baxan hər kəsə Azərbaycan və bayrağımız haqqında məlumat verilir, bayraq və kitablar hədiyyə edilmişdir.”
Avanqard.net
|