Kənan Hacı - Havalar yox, adamlar soyuyanda canı ağrıyır adamın
05.11.14
Avanqard.net Kənan Hacının "Günahdan qorxma" şeirini təqdim edir.
Günah heç vaxt köhnəlmir, həmişə təzə qalır fani ömürdə, arxasınca səpilir insanın ayaq izləri kimi, xoşlamadığı adam kimi hər fürsətdə çıxır qarşına, su qatır isti aşına, qocalmır, çürümür, ərimir, azalmır, yox olmur, qəlpə kimi qalır canında, havalar yox, adamlar soyuyanda canı ağrıyır adamın, günah həyatın şərtidi, bu fani ömürdə bütün günahlar şərtidi, günah həqiqətə yalandan bir köynək yaxındı, qorxma günahdan, əzizim, sıx onu köksünə, o günah sənin heç vaxt qocalmayan həqiqətindi...
|