Tərcümə Mərkəzi fəaliyyəti ilə bağlı hesabat verib
05.11.14
Beynəlxalq Mətbuat Mərkəzində Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
"Avanqard.net"-in xəbərinə görə Konfransda mərkəzin gördüyü işlər və gələcək fəaliyyəti, qarşıda duran vəzifələri, ölkədə tərcümə sahəsinin vəziyyəti, problemlər və onların həlli yolları barədə məlumat verilib.
Mərkəzin mətbuat işləri üzrə müşaviri Fərid Hüseynov bildirib ki, Tərcümə Mərkəzi gələcək fəaliyyətində bədii, elmi-kütləvi və rəsmi sənədlərin tərcüməsi ilə bağlı bir sıra layihələr həyata keçirəcək. Mətbuat konfransında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev jurnalistlərin suallarını cavablandırıb. O, həmçinin Mərkəzin qarşısında duran vəzifələr, ölkədə tərcümə sahəsinin vəziyyəti, mövcud problemləri və onların həlli yolları ilə əlaqədar görülən işlər barədə məlumat verib. Tədbirdə Mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatları olub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
|