“Tərcümə Mərkəzinin Kitabları” seriyasından beş kitab çap olunacaq

03.11.14

“Tərcümə Mərkəzinin Kitabları” seriyasından beş kitab işıq üzü görəcək.

Yaxın günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından aşağıdakı kitablar çap olunacaq:


Xuan Rulfo  – “Pedro Paramo”

“Pedro Paramo” Meksika yazıçısı Xuan Rulfonun (1917-1986) yeganə romanıdır. 1955-ci ildə işıq üzü görmüş bu əsər magik realizm janrında qələmə alınan ilk Latın Amerika romanlarındandır. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindən sayılır və ədəbiyyatşünaslar onu XX əsr nəsrinin sonrakı məcrasını müəyyən edən bir məhək daşı sayırlar.

 Əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölümün arasında özünü tapmağa çalışır və axtara-axtara gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.

Romanın maraqlı cəhətlərindən biri də budur ki, Xuan Rulfo təxəyyülünün gücü əslində çox dərin fəlsəfi problemləri cəsarətli fantastikadan istifadə etməklə ön plana çıxarmaq bacarığında təzahür edir və üstəlik, bunu sırf milli yanaşma ilə həyata keçirir.

Romanı Karlos Fuentes, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes kimi dünya miqyaslı söz ustalarının yaradıcılığına da əhəmiyyətli təsir göstərib. Bunu bütün ədəbiyyat xiridarları deyirdilər. Markesin özü isə bu barədə çox sonralar belə yazdı: “Pedro Paramo” müxtəlif zamanlarda ispan dilində yazılan bütün romanların ən gözəlidir”.
Kitabı dilimizə Yaşar çevirib.

 

Akutaqava Rünoske – “Tanrıların istehzası”

Görkəmli yapon yazıçısı, çox qısa bir ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) irsini XX əsr ədəbiyyatının ən parlaq və ən qeyri-adi hadisələrindən sayırlar. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritçalardan, əfsanələrdən alan sənətkar bütün istedadını dərin insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatını özünəməxsus tərzdə, yumşaq ironiya ilə açmağa sərf edib.

Akutaqava nəsrinin diqqəti insanın bir fərd kimi mövcudiyyətinin ən dərin qatlarına yönəlib. Bu kitabda oxucuya təqdim olunan novellaların bəzi qəhrəmanları özləri üçün həyati əhəmiyyət kəsb edən məsələlərin çözümünü ağır mənəvi seçimdən keçərək tapırlar. Digərləri isə, əksinə, həyatın mənası barədə düşüncələrə varmadan, axına düşüb, gedirlər...

Çox qısa ömür yaşamış və həyatına intiharla son qoymuş yazıçının hər novellasında onun özündən bir ştrix var. Diqqətli oxucu onları düzgün tapıb bir mozaik panno kimi düzə bilsə, Akutaqava miqyasının əzəməti onu heyran edəcək.
Kitabın tərcüməçisi Rövşən Ramizoğludur.

 

Matilda Urrutia – “Pablo Nerudayla yaşanan ömür”
 
Matilda Urrutianın (1912-1985) adı Azərbaycan oxucusuna tanış olmaya bilər, lakin Matilda Urrutianın böyük Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın ömür-gün yoldaşı olması onun qələmə aldığı bu kitabı da çox cəlbedici edir. Axı söhbət böyük şairin 20 ildən artıq sirdaşı olmuş, birlikdə çox zəngin ömür yaşadığı bir qadının yazdıqlarından gedir.

Matilda Urrutianın əsl dəyərini bilmək üçün onun haqqında Pablo Nerudanın yazdıqlarına müraciət etmək yerinə düşər:

“Matilda barədə deyə biləcəklərimin hamısını “Məhəbbət haqqında yüz sonet” kitabımda yazmışam. Ola bilər ki, bu şeirlər Matildanın mənim üçün kim olduğunu ifadə edə bilib. Bizi torpaq və həyat birləşdirdi. Bu, çoxları üçün maraqlı olmasa da, biz xoşbəxtik. Vaxtımızın çox hissəni Çilinin xəlvət sahillərində birgə keçiririk. Bəzən vəhşi, tənha okeanımızdan ayrılıb, səsli-küylü şəhərə, başqalarının dərd-sərli həyatlarının əyani şahidinə çevrildiyimiz dəli şəhərə – Santyaqoya getməli oluruq... Mən yazdıqlarımın hamısını ona həsr edirəm. Elə çox yazmasam da, o razı qalır...”
Kitabı dilimizə yazıçı-tərcüməçi Yaşar çevirib.

 
“Xilas yolunun yolçuları”

Bu kitabda bəhs olunan İlahi Həqiqətlər bəlkə də ilk baxışda sadə görünə bilər. Amma oxuduqca bu sadəliyin arxasında dayanan böyük məqamların söz-söz, qətrə-qətrə, damla-damla dərk olunması İnsanı şaşırdacaq dərəcədə möhtəşəmdi. Uca Yaradana aparan Müqəddəs Yolun – axırda vəhdəti-vücuda necə dönüşməsinin qavranılması baxımından bu topludakıların misli yoxdu. Çağdaş insanın təsəvvüf, sufilik haqda bilgilərinin kamilləşməsinə hesablanmış bu mətnlər İnsan və Yaradan münasibətlərinin ehkamlıqdan çıxaraq ruhi bağlılıqlarına tutulmuş bir aynadı. O-ndan gələnin O-na qayıdış Yolunun cizgilərini, konturlarını ruhi təkamüllə ortaya qoyan azman sufilərin yaratdığı bu mətnlər dini, fəlsəfi, insani baxımdan da əvəzsizdi. İnanırıq ki, mükəmməl təlqinlərlə üzərindən örtüklər götürülən bu sirr xəzinələri  ruhi paklığa səsləmək və Haqq Yolunun Yolçuluğunun ali məqam olduğunu bir daha diqqətə çatdırmaq  yönündə sizlərə yardımçı olacaq.
Kitabı dilimizə yazıçı-tərcüməçi Afaq Məsud çevirib.


Ernest Heminquey - “Qadınsız kişilər”

XX əsrin görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey 1899-cu il iyulun 21-də İllinoys ştatında, Çikaqo civarındakı Ouk-Parkda, həkim ailəsində doğulub. 62 il ömür sürüb – 1961-ci il iyulun 2-də həya­tına intiharla son qoyub. Heminquey “Əlvida, silah!”, “Əcəl zəngi”, “Qoca və dəniz” kimi məşhur romanların, “Bizim Miçiqanda”, “Qalib heç nə qazanmır” adlı silsilə hekayələrin müəllifidir.

Azərbaycan Tərcümə Mərkəzinin bədii ədəbiyyat həvəskarlarına təqdim etdiyi növbəti kitab – “Qadınsız kişilər” toplusu özündə Heminquey yaradıcılığının zəngin və rəngarəng bir dövrünü – Birinci və İkinci Dünya savaşları arasındakı mərhələni ehtiva edir. Böyük sənətkarın yeni toplusuna “Qadınsız kişilər (hekayələr kitabı)”, “Ya var, ya yox” romanı, həmçinin Afrika mövzusunda yazdığı məşhur “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürmə­yən xoşbəxtliyi” əsərləri daxil edilib.   
Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.

Avanqard.net






















Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.