Rəhim Əliyev - “Cavidannamə”nin türkcəyə tərcüməsi haqqında
03.11.14

Hürufiliyin müqəddəs kitabı sayılan “Cavidannamə” XIV əsrin sonlarında Fəzlüllah Nəimi tərəfindən fars dilində yazılib. İslama uyğun gəlməyən bir sıra ehkamların təbliğinə görə şəriət məhkəmələrinin qərarı ilə hürufi məzhəbi dəfələrlə küfr elan edilmiş və hürufi arifləri və şairləri, o sıradan Fəzlüllah özü Naxçıvanda Əlincə qalasında qətl edilmişdi. 1394-cü ildə baş vermiş bu qətldən sonra hürufi icmaları yarıleqal vəziyyətdə XIX əsrə qədər mövcud olmuşdur və başlıcası hürufi mətnlərinin farsca və türkcə yaradılması prosesi də davam etmişdir.

Hürufilərin “ilahinin məktubu” saydıqları və qanun kitabı kimi pərəstişetdikləri “Cavidannamə” 10481639-cu ildə Dərviş Mürtəza tərəfindən tərcümə edilib. O bu tərcüməyə “Dürri-Yetim” adı verib. Bu şəxs əqidəli bir hürufi, ərəb, fars və türkcəni yaxşı bilən allah adamı idi. “Dürri-Yetim”i çapa hazırlayan türkiyəli hürufişünas Fatih Usluər öz ölkəsinin kitabxanalarında onun tərcüməsınin dörd nüsxəsini aşkar edib  elmi şəkildə müqayisə etmiş və nəhəng elmi zəhmət sayəsində bu kitabı çapa hazırlayıb. Kabalçı Yayın evində, 2012-cı ildə, elmdə ilk dəfə olaraq kitab şəklində buraxıb. Kitab:Fazlullah Esterabadi, Cavidan-Name, Dürri-Yetiim isimli tercümesi, hazırlayan Fatih Usluer – başlığı ilə çap edilib.

Bu nəşr şərqşünaslıqda və türkologiyada hadisədir, çünki hürufilərin hərəkatı və mətnləri müsəlman mədəniyyəti tarixində ən maraqlı səhifələrdən biridir. "Cavidannamə" isə hürufiliyin müqəddəs kitabıdır, onsuz zəngin hürufi yazılı abidələrin düzgün anlamaq və şərh etmək mümkün deyil. İndiyəcən hürufilik barədə deyilmiş bütün yanlış və mübahisəli fikirlər “Cavidannamə”nin kifayət qədər öyrənilməmiş qalması ilə bağlıdır.

 Bütün qadağa və təqiblərə baxmayaraq hürufilər beş əsirdən artıq bir müddətdə öz məzhəblərini qələmlə və sözlə təbliğ etmiş, müsəlman aləmində dini-humanist fikrin carçısı olmuşlar. Onlar insan vücudunu ilahinin güzgüsü sayır və insanda ilahi başlanğıcın əlamətlərini axtarırdılar, nəfsini bilən, kamil insanı bir dini və əxlaqi ideala çevirmişlər. Onlar sadə insanları, sıravi hürufiləri öz ilahi təbiətini görməyə və duymağa çağırırdılar və bu insanları xilas etməli, təkallahlı dinləri birləşdirməli idi. Fəzlüllah öz kitabını və məzhəbini insanlığın tarixində işıqlı bir dövrün başlanğıcı sayırdı və ardıcılları da bunu belə  təbliğ edirdi.
Əgər Fəzlüllah Nəiminin“Cavidannamə”sinə ən qısa səciyyə vermək lazım olsa, deyə bilərik ki, bu müsəlman mədəniyyətinin və bütün monoteizmin ən böyük kitablarından biridir. Onun əsas ehkamı "Quran" və hədislər əsasında bir şeyi sübut etməkdir: Həzrəti-Əhədiyyət insanı öz şəklində və özünə oxşar xəlq etmişdir. Kitabın bir hissəsi bu ehkamı, ikinci hissəsi isə bunun əksini yorumlayırdı, yəni Xudanın əslini bilmək üçün insan vücudundan başqa heç bir dəlil yoxdur, Rəbbin surəti və sirləri insandadı. Sonra, Fəzlüllahin ehkamlarındakı Rəbbin əsas bir xassəsi: maddi, mənəvi, söz, kitab, asiman, ulduz, dəniz, bir sözlə hər dördünsür şəklində  zühur etməkdir. Hətta insanın yuxuda gördükləri də kitabəti-ilahidir, yəni ilahinin yazısıdır, onun tərkib hissəsidir və ilahinin hududlarına aiddir və Həzrəti-Əhədiyyətin belə panteistcəsinə  şəkillənməsi onun ilkin vəbaşlıca xassəsidir.

Fəzlüllahın kitabında xristianlıqda olan ikilik var: biri Həzrəti-Əhədiyyətdir, ikincisi onun maddi dünyanı yeddi günə yaradandan sonra xəlq elədiyi Adəmdir. Kitabın ortalarına doğru aydın olur ki, Adəm əleyhüs-salam da Həzrəti-Əhədiyyətin özüdür, onun ilkin şəkilləndiyi məzhəridir, yəni maddi formada insan şəklində zahir olmasıdır.  Hürufiliyin ehkamı qısaca budur və bu, islamınehkamları ilə üst-üstə düşmür, kitabın sonuna doğru müstəqil məzhəb təəssüratıyaradır və hürufişünasların çoxu da bunu görüb və yazıb. O sıradan 1926-cı ildə Nəsimi divanını Bakıda hazırlayıb buraxan mərhum Səlman Mümtaz da var. Məhz buna görə vaxtilə Fəzlüllah və Nəsimi şəriət məhkəməsinə verilmiş və qətl edilmişlər. Hürufi ariflərinin hamısının taleyi belə olmuşdur və hürufilik  onun ardıcıllarının qətli yolu ilə aradan götürülüb. Bu səbəbdən də farsca və türkcə olan zəngin hürufi mətnləri islam aləmində yarımleqal vəziyyətdə olmuşdur. Lakin hürufi icmalarının və yazılı abidələrinin son izləri X1X əsrdə Albaniyada, xristianlara yaxın ərazilərdə müşahidə edilib. Hürufiliyin dili Fəzlüllahın əsərlərininy azıldığı fars dili və tərcümə yolu qismən türk dili olmuşdur. Onlar sufilərlə birgə türkcə yazı mədəniyyətinə misilsiz xidmət  göstərmişlər.

Bütün dini kitablarda yaradanın təsvirini verən ehkamlarda paradokslar və ziddiyyətlər vardır. Fəzlüllahin yaratdığı hürufilik də belədir. Ona həqiqət kimi yox, Xuda haqqında ehkam sistemi kimi baxmaq lazımdır. Lakin “Cavidannamə”ninən böyük paradoksu odur ki, o formaca və mahiyyətcə "Qurana" və Məhəmməd peyğəmbərə şəkk-şübhəsiz aid edilən hədislərə əsaslanır. Çoxlu babların başlıqlarında beləşərhi verilən ayələrin mətni verilir.  Fəzlüllahın dəlillərinin 98 faizi bu iki mənbədəndir. (Təkcə buna görə hürufilik islam mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.) Elə bil o, formal olaraq  islamdan və "Quran"dan kənara çıxmır, hətta özünü təvilçi, yorumçu, Fəzli-Yəzdan, xudaşünas, ali-vəchül insan adlandırır. Amma kitab boyu aydın olur ki, bu və digər xatırlamadığımız adlar altında təqdim olunan şəxs, yəni Fəzlüllah özü Adəmin zühurudur, şəkillənməsidir, ikinci şəklidir. Onlar vərəqin iki üzüdürlər və bunu Adəm-Fəzlüllah kimi yazmaq olar. Buradan Fəzlüllahın "Quran" və hədislərin ehkam və mif bazasında şüurlu halda yeni məzhəb yaratdığıaydın olur. Lakin Fəzlüllah özü bunu yeni din yox, üç ilahi kitabın – "Tövrat", "İncil" və "Quran"ın ­sirlərinin açan və tamamlayan Adəm əleyhüs-səlam haqqındaehkam kimi təqdim edir.

“Cavidannamə” ancaq "Quran"ın şərhi deyildir. Bu kitabın əsas mövzusu və orijinal hissəsi Adəm əleyhüs-səlamın Həzrəti-Əhədiyyətin eyni olması haqqında ehkamın bütün incəliklərinə qədər açıqlanması cəhdidir. Bu eyniyyət “Cavidannamə”dən qırmızı xətt kimi keçən ilahi-kəlimə və ilahi kitabət ehkamları  vasitəsi ilə əsaslandırılır. Hürufiliyin ən orijinal tərəfi də burada meydana çıxır. Zahirən Fəzlüllah kitabda ən çox allahın surətinin və vəchinin insan surəti ilə eyniliyindən danışır. Bu ehkam Quran dəlilləri ilə sübuta yetirilsə də, əslində "Tövrat"da və "İncil"də allah insan konsepsiyası vardır, insanın Xuda tərəfindən öz surətində və özünə oxşar yaradılması haqqında  ehkam bukitablarda təkrarlanır. Bu, yeni  deyildir.

Fəzlüllahın Adəm haqda ehkamının yeniliyi onun allahın əlifbası,sözü, yazısı və nəhayət, külli-kitabəti-ilahi, yəni ilahi yazıların cəmi kimi təqdim etməsidir. Müasir semiotik terminə çevirsək bu vahid və fasiləsiz mətn mədəniyyəti anlayışına yaxındır. Bir yerdə Fəzlüllah deyir ki, həzrəti-Cəbrayıl "Quran" ayələrini lövhi-məhfuzdan oxurdu Məhəmmədə. Nəhayət, digər yerdə açıq şəkildə bildirilir ki, Adəm-Fəzlüllah Xudanın lövhi-məhfuzudur. Həzrəti-Əhədiyyətlə Adəmin eyniliyini xatırlayanda allahın yeni bir ehkamı aydınlaşır:  doğub doğulmayan allah bir nöqtə olubdur ki, cəmi kitabəti-ilahi onun içində, özündə, əslində xassə kimi olub, sonradan “çıka gəlib”. “Çika gəlmək” Dərviş Mütəza tərəfindən zahir olmaq, məzhərə çevrilmək, emanasiya mənasında işlədilən feildir. Beləliklə, “Cavidannamə”dəki ilahi – əvvəlin, ortanın və sonun yazıldıği bir kitabdır, ilahi mətndir. Adəm də bu mətnin əslivə  eynidir. Beləliklə, allah intəhasız, insanların yuxusundan o biri dünyaya qədər hər şeyin əsli olan ilahi yazıdır. İlahi kəlimə olmaq Adəmin əslindədir. Görünən, qoxunan şeylərdən ruha qədər hərşey ilahi kəlimənin məzhəridir, yəni ilahi iradə ilə zahir edilməsidir.

Ümumən “Cavidannamə”ni Adəmin ilahi statusu haqqında kitabsaymaq olar. Fəzlüllah onu İsa Məsihlə müqayisə edir və İsanın hər iki dünyada ən etibarlılardan olması haqqında (3:45) ayəni misal gətirir. Fəzlüllah üçün bu ayə İsanın Qiyamətdə müəyyən statusu olacağı haqda işarədir. Lakin Adəm İsadan üstündür və əvvəldir, çünki İsa allahın kəliməsi və kəliməsinin oğludur, Adəmisə İlahi kəlimələrin əslidir.

Adəmin ilahi yazıların əsli və küllü olması haqda ehkam bir sıra anlayışlar vasitəsi ilə əsaslandırılır. Onlardan birincisi, ən mistik təsir buraxanı otuz iki kəlimeyi-ilahi anlayışıdır. Otuz iki deyəndə Fəzlüllah “Cavidannamə”nin yazıldığı fars dilində olan hərflərin sayını – otuz iki hərfi nəzərdə tutur. İlk bablarda Adəm-Fəzlüllah bu otuz ikinin məzhəridir. Sonraki bablarda Fəzlüllah öz şəxsiyyəti haqda hissə-hissəvə çox ehtiyatla məlumat verərkən özünün otuz ikidən ayrılmazlığını elan edir. Belə aydınlaşır ki, otuz iki kəlimeyi-ilahi anlayışı ilk bablarda küllikitabeti-ilahinin, yəni Adəmin əslinin işarəsi kimi işlədilir.

İlk bablarda Adəm ancaq otuz iki müqəddəs kəlimənin məzhəridir. Sonra aydınlaşır ki, Fəzlüllah bilərəkdən hərfləri də ilahi kəlimə adlandırır və əlifbanı müxtəlif dillərdə enmiş  ilahi  kitabların universal kodu kimi təqdim edir, bu yolla o, bütün dillərdə - yəhudicə, yunanca, ərəbcə olan müqəddəs kitabların əsli sayıla bilir. Dəfələrlə qeyd olunur ki, Adəm-Fəzlüllah otuz iki müqəddəs kəlimədən ayrılmazdır, yəni onların əsli Adəmdir.

Adəmin ayrılmaz xassəsi, Fəzlüllah buna xasiyyət deyir, Həzrəti-Əhədiyyətin onun vəchini- üzünü öz əli və qüdrət qələmiilə nəqş və xəlq etməsidir. Fəzlüllah birmənalı deyir ki, Xuda Adəmin üzünə cəmi-kitabəti-ilahini  nəqşedib və buna görə müqəddəsdir. Vəchüllah problemi sufi və hürufilərə xristian rahiblərinin monastırlarda istifadə etdikləri ikonalardan keçmişdir, bu, heykəl variantında buddizmidə də vardır. “Cavidannamə”də vəchüllah, ilk növbədə Adəm-Fəzlüllahın xassəsidir. Fəzlüllah özü mənbələrə görə gipnozu bacarırdı, şöhrətli yuxu yozucusu idi və bu barədə “Xabnamə” adlı ayrıca əsəri vardır. Ardıcılları ilə görüşlərdə niqab ilə oturarmış. Ən əqidəli hürufilər onun qarşısında özlərindən gedərdilərvə qəzəliyyatda bu, “öldürüb diriltmək” möcüzəsi kimi qeyd olunurdu. Bunu "Quran"da Musa peyğəmbərin Sina dağında allahın haləsindən özündən getməsi haqda "Quran" ehkamı iləmüqayisə edirdilər.

Bu səbəbdən Fəzlüllahın üzü hürufilər üçün müqəddəs idi, cəmiilahi kitabətin işarəsi və məzhəri idi və bu səbəbdən hürufi məzhəb qəzəlin hərbirinin ilk beyti Fəzlüllahın vəchinin tərənnümü ilə başlanırdı. Ortodoksal islamçılar hürufi ehkamının ən çox bu tərəflərini qəbul etmirdilər və Fəzlüllahın qətl fərmanında onun üzü “küfr” elan olunmuşdu. Fəzl ardıcıllarının düşmənləri buna görə onları istehza ilə “hürufi”, yəni hərflərə sitayiş edən adlandırdılar. Nəsimi və digər hürufi şairləri Fəzlüllahın edamına etirazolaraq qəzəllərində “küfri iman bulmuşam” termini işlədirdilər ki, bu Fəzlüllahın üzünə işarədir. Vəchüllah anlayışı hürufilikdə geniş yer tutan və yeni səviyyədə mənalandırılan bir ehkam sırasıdır.

Allahın küllü ilahi yazıların cəmi olası ehkamı Fəzlüllahıdil, yazı, əlifba, söz, məna, işarə kimi filoloji məsələlər barədə danışmağa sövq edib. Kitabdan görünür ki, Fəzlüllah böyük bir dil və yazı nəzəriyyəçisidir və hələlik kifayət qədər öyrənilməyib. Onun peyğəmbərləri kitablarındakı fonemlərin sayına görə təsnif etməsi, fonemlərin formalaşıb diftonqlardan çıxması prosesində sivilizasiyanın addımlarını görməsi doğru və müasir müşahidələrdir. Fəzlüllah  “Cavidannamə”nin  otuz iki hərflə yazılmasını onun monoteist kitabların yekunu olmasının işarəsi sayırdı və belə tanıtmağa çalışırdı. "Tövrat" iyirmi iki,  "İncil" iyirmi dörd, "Quran" iyirmisəkkiz müqəddəs ilahi hərflə yazılıb. Hərflərin sayı Fəzlüllaha görə müqəddəskitabda ilahi həqiqət və sirlərin dərəcəsini göstərir, otuz iki müqəddəs kəliməilə yazılması “Cavidannamə”nin üstünlüyü və əvvəlkilərin yekunu olmasıdır. Allah isimlərin hamısını məhz Adəmə öyrətmişdir, bu "Quran"daki (2:31) “Və Adəmə isimlerin həpsini örgetti” ayəsi ilə təsdiqlənir.

“Cavidannamə” Adəmi və Məhəmmədi ata-oğul kimi təqdim edir və “Oğul atanın sirridir” hədisinə uyğun olaraq "Quran"ı və Məhəmmədi Həzrəti-Əhədiyyətin sirlərinin ən əhatəli və dəqiq daşıyıcısı kimi təqdim və təvil edir.  Peyğəmbərin meracda Allahı on beş yaşlı bir gənc kimi görməsi haqqında hədisi dəfələrlə xatırlayır və şərh edir. Fəzlüllahın "Quran"a və Məhəmmədə pərəstişi  müsəlmanlıq məntiqi ilə yox, bu kitabın  monoteizmə qədərki bütün fikir nailiyyətlərini özündə toplayıb  əks edə bildiyinə görədir. Doğrudan da "Quran" yorumçusu kimi Fəzlüllah heyrət və qibtə doğurur, onun "Quran"ın ən yaxşı şərhçisi saymaq olar. Sanki o bu kitabı əzbər bilir, adi sayılan ayələrdə elə işarələr vəmənalar tapır ki, belə səhifələrin vəhy ilə yazıldığını düşünürsən. Əlbəttə, "Quran"dakı panteist ruhlu ayələri sufilər də seçib şərh etmişdilər, lakin Fəzlüllahın yorumları daha dərin və başlıcası  ardıcıl və məqsədyönlüdür.

“Cavidannamə”də təkidlə və təkrar-təkrar verilən ehkamlardan biri “müsəmma ilə esma”nın, yəni sözün bildirdiyi şeylərlə adların (sözlərin) ayrılmazlığıdır. Fəzlüllah təkid edir ki, şeyin adı olan kəlimə yox olsa, şeylərdə yox olur. Bunu yəqin o mənada anlamaq lazımdır ki, adın eşitmədiyimiz şeylərfərdi düşüncə üçün yox kimi olur. Əgər adın yox olmasını fərz etsək, onun bildirdiyi şey də fərdi şüur üçün yox olar. Digər tərəfdən insanın bildikləri fərdi şüurdadır, ondan dişarıda hələlik bilik yoxdur. Lakin deməliyik ki, şeylərin əslinin ilahi söz olması haqqında ehkam “Cavidannamə”də və ondakı   yaradılış ehkamında  geniş yer tutur və bu məsələdə də Fəzlüllah ilahi kitabların yeni sirlərini açdığı iddiasında idi. Fəzlüllah sonralar Avropa ilahiyyatında və fəlsəfəsində işlənən mütləq ruh haqda görüşləri qabaqlamışdı. Yazı və söz anlayışları, digər tərəfdən, ruh anlayışından daha aydın və şəffaf idi.

Tərcümədə fars dilinin sintaksisi, orijinalın məntiqi olduğu kimi saxlanılıb. Kitabı oxuduqca fars dilinin sadə və dəqiq məntiqinə, ifadə qüdrətinə yenidən heyran oldum. Tərtibçi Fatih Usluər dövrümüzün ən müqtədir şərqşünas və türkoloqlarından biridir. O, tərcümənin mətninə orijinalda olmayan bircə durğu işarəsini belə əlavə etməyib və bu, kitabın və onun müəllifi Fəzlüllahın məntiqini doğru anlamağa yardım edir. Tərtibçinin özünün qeyd etdiyi kimi, o bütün hürufi mətnlərini oxumağı qarşısına hədəf qoymuş və bunu etmişdir. Yalnız bundan sonra hürufi mətnlərinin tərtibinə və çapına girişmişdir. Bu işə bir necə il sərf etmiş, hətta Qumda elmi ezamiyyətdə olub “Cavidannamə”də xatırlanan bütün hədislərə yazılı İran mənbələri göstərmişdir. Fatih Usluərin elmi zəhməti hörmət və qibtə doğurur. Bu kitab 299 bab və 537 səhifədir. Lakin onun hələ qırx yaşı yoxdur və Bakıda olmayıb.

Dərviş Mürtəza da “Cavidannamə”ni müqəddəs kitab kimi sözbəsöz, hər kəlimənin üstündə əsərək, hərkəliməyə ilahinin sözü kimi yanaşaraq tərcümə etmişdir. Allah ona rəhmət eləsin. Sayırıq ki, Dürri-Yetimi oxumaq  elə kitabın orijinalını oxumağa bərabardir və ya çox yaxındır. Axı hürufiliyin varisləri həm də bizik. Hələ  XIV əsrdə Bakıda hürufi icması olub. Fəzlüllahın qəbri Naxçıvanda, Culfa yulunun üstündəki xanəgahdadır. Amma onun adı, təəssüfki, indi abidənin üstündə göstərilməyib. Xatırladaq ki, bu xanəgah hürufilərin məkkəsi sayılırdı, ən əqidəli hürufilər, məsələn, Fəzlin birinci xəlifəsi Əliyül-Əla ölmək üçün, Fəzli-Yəzdanla yıxın basdırılmaq üçün Naxçıvana gəlirdilər və orada ölür, torpağa verilirdilər.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.