Herman Hesse - Kitab mütaliə etmək haqqında
03.11.14

Avanqard.net Xanım Aydının tərcüməsində Herman Hessenin "Kitab mütaliə etmək haqqında" essesini təqdim edir.

   
    Bizim düşüncəmizin anadangəlmə tələbatlarından biri bütün insanları müxtəlif tiplərə bölməkdir. Teofrastın "xarakter"lərindən və qədim dörd temperamentin öyrənilməsindən  indiki dövrə qədər bu tipləşdirmə hər zaman maraqlı olub. Və insanlar öz ətrafında olanları xasiyyətlərinə görə müxtəlif qruplara bölüblər. Öz həyat təcrübəndən və ya elmi cəhətdən öyrənilmiş bu cür təsnifatlar nə qədər faydalı olsa da, bəzən buna başqa gözlə baxanda hər bir insanda fərqli tiplərə aid olan xüsusiyyətlərin olduğunu görmək yerinə düşür.

    Oxucuları üç yerə, daha doğrusu, üç təbəqəyə ayırıram; mən dünyada bütün oxucuları bu üç kateqoriyaya - bir hissəsini yalnız birinci, ikinci hissəsini yalnız ikinci, üçüncü hissəsinin də yalnız  üçüncü təbəqəyə aid olduğunu nəzərdə tutmuram. Hər birimiz bəzən bu, bəzən də digər qrupa aid ola bilirik.

    Hər şeydən öncə oxucu sadəlövhdür. Bəzən bizim hər birimiz bu cür oluruq. Bu oxucu kitabı bir qida kimi qəbul edir, o sadəcə yeyir, doyur. Fərqi yoxdur ki, söhbət hindu tayfalarından bəhs olununan bir kitab oxuyan balaca oğlandan, ya qrafların həyatı əks olunmuş romanlar mütaliə edən bir qulluqçudan, yoxsa ki, Şopenhauerin fəlsəfəsini öyrənən bir tələbədən gedir. Bu oxucunun kitabla münasibəti bir insanın digər insanla qurduğu münasibət kimi deyil. Bu münasibət atla yem qabının, hətta deyərdim ki, atla arabaçının bir-birinə olan münasibəti kimidir. Kitab ixtiyar sahibidir, idarə edir, oxucu isə ona itaət edir. Mövzunu o obyektiv qəbul edir. Bədii ədəbiyyat oxuyan ziyalı təbəqə də, hətta bu "sadəlövh oxucu" qrupuna aid ola bilər. Əlbətdə ki, onlar mövzuların içində itib-batmır, onu qiymətləndirməyi bacarır.  Məsələn, romanı əsərdə ölüm və toy hadisələri əks olunduğuna görə deyil, müəllifin özünü, kitabın estetikasını qəbul etmək üçün oxuyur. Və o, müəllifin əsəri yazan zaman keçirdiyi hissləri keçirir. Müəllifin tam dəqiqliklə nə demək istədiyini anlayır. Səviyyəli oxucu üçün müəllifin ustalığı, savadı onun daxili dünyasıdır. Oxucu bu dünyanı ədəbi  sözün ən yaxşısı kimi dəyərləndirir.  Necə ki, Karl Mayanın gənc pərəstişkarları "Köhnə Şatterxend"i əsl reallıq kimi qəbul edir.

    Sadəlövh oxucu mütaliəyə olan münasibətində özü-özlüyündə şəxsiyyət deyil. O, zamanda təsvir olunmuş hadisələri gərginliyə, təhlükəyə, erotizmə, parlaqlığa və yaxud kasıbçılığa görə və ya əksinə, yazıçının yaradıcılığını estetik meyyarla qiymətləndirir. Bu cür oxucu inanır ki, kitab onu düzgün, diqqətli oxuyub, içindəkinə və strukturuna layiqincə qiymət vermək üçündür. Necə ki, çörək yemək, çarpayı isə yatmaq üçün  nəzərdə tutulub.

    Həyatda başqa şeylər kimi kitablara da fərqli yanaşmaq olar. İnsan ziyalılıqdan kənar bir hərəkət edəndə uşaqlaşır və sanki oynamağa başlayır. O oxucunun xəyalında hər şey uşaqcasına dəyişir. Çörək tunel qazmaq üçün dağa, çarpayı mağaraya, bağça isə qarla örtülmüş bir düzəngaha bənzəyir. Bu cür uşaq kimi sadə və həm də qeyri-adi adamı ikinci tip oxucuya aid edirik. Bu oxucu nə mövzuya, nə formaya dəyər verir, o ancaq məziyyətlərini (yaxşı cəhətlərini) qiymətləndirir . Bu cür oxucu şairin və ya yazıçının özünü və oxucunu, hər şeyi necə düzgün dərk etməyini, dəyərləndirməyini, inandırmağını, onun təbii və ya qeyri-təbii olduğunu duya bilir. Bu cür oxucu ədəbiyyatşünasların və tənqidçilərin bilmədiklərini - mövzu və forma seçiminin azadlığını bilir. Ədəbiyyatşünas "Şiller hansısa ildə, hansısa mövzunu seçmiş və onu 5 bölgülü, 2 hecalı şeir şəklində yazmaq arzusuna düşmüşdür" - deyəndə, ikinci qrup oxucu bilir ki, şair nə mövzunu, nə vəzni seçməmişdir. Və bu oxucu mövzudan deyil, əksinə, mövzunun altında şairi görməkdən, duymaqdan zövq alır. Kitaba bu cür baxışdan sonra estetik dəyərlər adlanan cəhətlər yox olur. Və əksinə oxucunun gözündə müəllifin səhvləri və diqqətsizliyi qiymətə minir. Bu cür oxucu müəllifin arxasınca at və arabaçı kimi yox, ovçu  şikarının arxasınca gedən kimi gedir. Onun göz önündə bir an açılan yazıçı azadlığı, müəllifin peşakarlığından,  gözəl yazı qabiliyyətindən daha dəyərlidir.
  
 Həmin yolda, amma, bir pilə yuxarıda  biz nəhayət ki, üçüncü tip oxucunu görürük. Yenidən qeyd etməliyəm ki, heç birimiz hər zaman eyni bir qrupa aid olmağa məcbur deyilik. Ola bilər ki, bu gün birinciyə, sabah üçüncüyə, birisi gün isə ikinci qrup oxuculara aid olaq.  Beləliklə, sonuncu - üçüncü mərhələdə bunlar yəgin ki, "yaxşı" oxucu adlanan oxucunun tam əksidir. Bu oxucu kitaba olan münasibətində tamamailə müstəqildir. O, kitab oxumaqla nə savadını artırır, nə də ki əylənir. Əslində nə oxuduğunun özü üçün heç bir əhəmiyyəti yoxdur. O, filosofu müəllifə inanmaq, yürütdüyü fikirləri dərk etmək üçün, onunla razılaşıb və ya onu inkar etmək, şeirləri isə  şairin dünyaya baxışını görmək üçün oxumur. Müstəqil və azad düşünür. Lazım gələndə o, lap körpə uşaq kimidir. O, oynamağı bacarır. Həyatda oynamağı bacarmaqdan  məhsuldar və qiymətli heç nə yoxudur. Əgər hər    hansısa bir kitabda həqiqət, müdriklik görsə, mütləq onun altını üstünə çevirəcək. Çünki çoxdan bilir ki, hər bir həqiqətin əksi də bir həqiqətdir. Və o bilir ki, hər bir ideal nəzər nöqtəsinin bir qütbü və onun da əks qütbü var. O, assossiativ düşünməkdə uşaq kimi olsa da, başqa cür dərk etməyi, fikirləşməyi də bacarır. Buna görə də üçüncü mərhələdə olanda nə gəldi oxuya bilərik - roman, qrammatika dərsliyi, qatarların hərəkət cədvəlləri və s. Bu içimizdəki fantaziyamız ən pik həddində kağızda yazılanları artıq oxumuruq, o kağızda yazılanlarda öz ideyalarımızın arxasınca gedirik. Onlar həmin mətndən və ya hətta çap işarələrindən belə doğa bilər. Qəzet yazısı etirafa bənzəyə bilər. Mozaika kimi hərf oyunundan yaranan çox adi bir sözdən ən xoşbəxt və nikbin bir fikir yarana bilər. Belə vəziyətdə "Qırmızı papaq" nağılının kosmoqoniya və ya fəlsəfi əsər kimi və yaxud da erotik bir mətn kimi də qəbul edə bilər. Siqar qutusu üzərindəki "Coloradomaduro" yazısını isə hərflərin bir musiqili oyunu kimi də qavramaq mümkündür.

    Mənə etiraz edə bilərlər ki, bu mütaliə deyil! Hötenin gündəliyini, onun fikirlərini, maraq dairəsini anlamadan, sanki bir elanı nəzərdən keçirirmiş kimi mütaliə edənə məgər oxucu demək olar? Bu üçüncü - sonuncu adlandırdığımız təbəqəni uşaq səviyyəsindən də aşağı tutmaq olar. Bu oxucunun Qelderlinin musiqisinin, Lenaunun qəribəliklərinin, Stendalın iradəsinin, Şekspirin qüdrətinin heç bir əhəmiyyəti yoxdur. Ədalətli etirazdır! Üçüncü tip oxucu - oxucu deyil! Bu mərhələdə yubanan oxucu üçün sadə bir əsər adi xalça ornametlerindən, hasarın daş hörgüsündən heç bir fərqi yoxdur.

    Bəli bu sonuncu təbəqəyə aid olan oxucu həqiqətən də oxucu deyil! Ona nə Höte, nə Şekspir lazım deyil! Ona ümumiyyətlə kitab lazım deyil! Axı bütün dünya onun qəlbindədir!
    Bu mərhələdə çox yubanan oxucu, bir azdan heç oxumayacaq. Amma bu mərhələdə onsuz da heç kim çox qalmır. Buna baxmayaraq, bu halı heç vaxt yaşamayan oxucu püxtələşmiş və kamil oxucu sayılmır. Axı o, bütün müdrikliyin, poeziyanın onun daxili dünyasının varlığından bixəbərdir. Hətta ən dahi şair də hər birimizin içində olan canlı bir mənbədən bəhrələnir. Ömrünüzdə bir dəfə heç olmasa bir günlük, bir saatlıq həmin bu üçüncü mərhələdə olsanız, siz indikindən yüz dəfə daha yaxşı oxucu, tənqidçi olacaqsınız. Və hətta əsərdə yazılmayanları da görəcəksiniz. Bircə dəfə heç olmasa Höte və ya Tolstoyun yolüstündəki daşla heç bir fərqi olmadığı anlayacaq mərhələyə gəl çat... Və bunda sən Hötedə, Tolstoyda və digər yazıçılardakı dəyərləri anlayacaqsan. Sən həyata da başqa cür baxacaqsan. Bundan sonra sənin üçün nə Hötenin yaradıcılığı Höte, nə də Dostoyevskinin əsərləri Dostoyevski özü olmayacaq. Onlar sadəcə çoxsəsli, çoxmənalı dünyaya sahiblənmək üçün şübhəli və sona çatdırlmamış yarımçıq cəhdlər olacaq. Hansı ki, onun da mərkəzində yazıçının özü dayanır.

    Heç olmasa bir dəfə gəzinti zamanı ağlına gələn fikirlərin ardıcıllığını yadda saxla. Və yaxud da gecə gördüyün yuxunu düşün. Sən yuxu görürdün ki, kimsə əlində çubuq səni qovalayır və birdən o səni ordenlə təltif edir. Axı kimdir bu insan? Onun atan və ya dostunla olan ümumi cəhətlərini tapırsan, amma, yenə də onda nəsə fərqli cəhətlərin olduğunu düşünürsən. Və birdən onda nəsə zəriflik hiss edirsən. Onu öz bacın və ya sevgilinlə müqayisə etməyə başlayırsan. Səni qovaraq əlində yellətdiyi çubuqla səni xatirələr qucağında uşaqlığına aparır. Buna bənzər bir çubuqla sən ilk piyada yürüşünü etmisən. Və keçmişin göz önündə canlanır. Həmin an  nə qədər xatirələrin gözünün önündən kino lenti kimi gəlib keçir. Sən onları toplayıb bir, iki, üç və hətta daha çox kitab yaza bilərsən. Yuxu sənin daxili dünyanın pəncərəsidir. Bu dünya nə az, nə çox bütün aləmdir - sən doğulandan bu günə qədər, Homerdən Henriz Mana, Siriusdan Yerə, Qırmızı papaqdan Berqsona qədər olan dünyadır!. Sənin yazmağa cəhd göstərmək istədiyin yuxun öz dünyana müvafiq olduğu kimi, yazıçının da yaradıcılığı onun demək istədiklərinə uyğundur.

    Əsrlərdir ki, alimlər də, adi oxucular da Hötenin "Faust"una bəzən çox yaxşı, lazımlı, bəzən çox axmaq, bəzən mənasız, bəzən də çox dərin şərhlər verməyə cəhd göstərirlər.  Hər bir poetik əsərin dərinliklərində çoxmənalı bir sirr var. Bunu bir dəfə görmədən, onun çoxluğunu və tam izah olunmasının mümkünsüzlüyünü dərk etmədən, sən istənilən şairə və ya yazıçıya qarşı öz fikirlərində müəyyən məhdudiyyətlə qiymət verəcəksən və  çərçivədən kənara çıxa bilməyib tam bir əsərin az bir hissəsini tam bilib, əsəri çox zəif  əks etdirən şərhlərə inanacaqsan.

    İstənilən sahədən olan oxucu bu sadaladığım üç mərhələr üzrə yer dəyişərək qalxıb-enə bilər. Lakin, bu mərhələlər arasında olan boşluqları, keçidləri memarlığa, rəssamlığa,  zoologiya və tarix elmlərinə müraciət etməklə dəf edə bilərsən. Lakin əgər bu pillələrdə nə baş verdiyi barəsində səndə heç olmasa zənn, fikir yaranmırsa, bütün kitabları, elm və incəsənət möcüzələrini sən bir adi məktəbli qrammatika oxuyub öyrənən tərzdə oxuyacaqsan.
                                                        
1920
 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.