Rəşad Nuri Güntəkinin "Damğa"kitabı Azərbaycan dilində
03.11.14
Bakı Kitab Klubu tanınmış türk yazarı, məşhur "Çalıquşu" romanının müəllifi Rəşad Nuri Güntəkinin daha bir əsərini Azərbaycan dilində təqdim edir.
"Damğa" (tərcümə edən: Əsgər Ağayev) 1924-cü ildə yazılıb. Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür...
Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəlinən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisədən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib...
Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır.
Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir...
Roman isə heç kimin gözləmədiyi sonluqla bitir... /oxuzali.az/
|