Azad Qaradərəli - Sevdiyim kitablar

03.11.14

Bir daha kitab haqqında


Bu yazını bilgisayarımın yaddaşından lap bu günlərdə tapmışam. (Esselərimdən ibarət kitabımı çapa hazırlayıram, ona görə axtaranda əlimə keçdi) Hansısa saytdan sual vermişdilər və mən də elə lap dar macalda fikirləşməyə vaxt tapmadan götürüb bu cavabı yazmışdım. İnanmazsınız: heç onlar bu yazını çap eləmədilər. Və mən də soruşmadım ki, ay qardaş, məni niyə avara-gor edib yazı yazdırdınız, axırda da şap eləmədiniz? Heç buna da vaxtım olmayıb. Və yazının ora-burasına yüngülcə əl gəzdirib kitaba daxil etdim.
                                                                                                                                           Müəllif


 “Lal Həsən qızının çantasını açdı. İçindən kitabları götürüb heyranlıqla gözdən keçirdi. Sonra öz dlində “əh” elədi – bu əslində “pəh, nə gözəl!” demək idi – sonra barmağını dili ilə yaşlayıb bir vərəqi çevirdi və gördüyünə inanmadı: ayı bir adamı yerə yıxıb üstündə oturmışdı, o biri də qaçıb dırmaşdığı ağacdan onlara baxırdı. Altında da nəsə yazılmışdı. O, şəkilə baxa-baxa “hü” eləyib ağladı... Axı altı yaşı olanda ayı meşədə qəfildən onun da qabağına çıxmışdı və nitqi elə o batan batmışdı...”

Müəllifin çap olunmamış
ilk yazılarından olan
“Lal Həsən” hekayəsindən



Məni ilk dəfə ədəbi-bədii baxımdan şırım-şırım edən əsər “Ovod” olub. Bilmirəm, 9-damı, 10-damı oxuyurdum. İki gecəyə həmin kitabı oxuyub necə sehrləndimsə, bir həftə özümə gələ bilmədim. Belə demək mümkünsə, Voyniçin romanı məni “şantaj” eləmişdi. (Bilmirəm bu “şantaj” sözü yerinə düşdü, ya düşmədi) Dərslərimi oxuya bilmirdim. Əsəri qayıdıb təzədən oxumaq istəyirdim...  İnanın, mən uzun illər Voyniçi kişi bilmişdim. Onun qadın olduğunu biləndə, əsərə təzədən vuruldum...  (Kimsə mənə demişdi ki, onun belə bir romanı da var:”Ayaqqabılarını soyun, əzizim.” İndi elə bu sözə görə adam özünü vurub-öldürməzmi?) Bir də onda ayıldım ki, mən yazmaq istəyirəm...
Amma “Ovod”dan qabaq ilk təkanı  “Mumu”dan almışdım. Hər dəfə palçıqlı bir yerdən keçəndə əyilib diqqətlə ora baxırdım ki, birdən balaca bir küçük ora düşmüş olar. Düzdü, orada küçük-zad görmədim, amma qonşu kənddəki Lal Həsən haqqında hekayə yazdım. Göndərdiyim rayon qəzetinin redaktoru kəsə cavab yazmışdı: “34 min əhalisi olan rayonda bir dilli tapmadın, laldan yazdın?” (Lap bu yaxınlarda olan əhvalat isə “Mumu”dan da dəhşətli gəldi mənə. Baş redaktoru olduğum “Yazı”  dərgisinin  "siqnal" nüsxəsini oxumaqçün mətbəəyə gedirdim. Bir bala pişik qaçıb yola çıxdı. Və bir cip düz onun üstündən keçdi. Bu bir addımlığımda baş verdi. Ən dəhşəti isə sonraymış. Arxamda 10-12 yaşlı qız necə çığırdı?! Bilmədim can verən pişiyin hayına qalım, ya dəlicə olmuş qızcığazın... İndi bunu necə yazmayasan?)
Və “Martin İden”... Bilirsiniz, bu roman mənim dünyabaxışımı dəyişdi. Ayağını qəzet-jurnal redaksiyalarına ürkək-ürkək basan, hansısa istedadsız və ürəksiz, amma görəvdə olan birisindən təhdid eşidib sınıxan bir gəncə yaxşı mənada şillə təsiri bağışladı bu əsər. İndi oturub redaksiyada ağlım kəsən yazıçıyla höcətləşir, öz “mən”imi sübut etməyə çalışırdım. Yazdığım ilk hekayələrdəki “lal”ların (“Lal Həsən”), kənddə  atasız-anasız böyüdüyünə görə “qəhbə” adlandırılanların (“Bu bulağın dupduru suları”), unudulmuş  palantikən “qoca”ların (“Müstəcəb kişi”),  tapındıqları  rəvayətə görə cəviz şitilinin yerini tez-tez dəyişən “kənd sevgililəri” (“Aprel havası” – bu hekayənin qəhrəmanları olan ər-arvad ceviz şitilini gizlində çıxardıb, təzədən bitirirlər – guya rəvayətə görə ceviz bitirən barını yeməzmiş) mənim uydurmam deyil, həyatda dipdiri olduqlarını inandırmağa çalışırdım. Və çox vaxt buna nail olurdum da. (Sabir Əhmədli bircə hekayəmlə mənə inandığı kimi.)
Sonra çox əsərlər məni “şantaj” edib. Amma 80-ci illərin sonunda N.Dumbadzenin “Əbədiyyət qanunu”  romanı (heyf ki, bu gözəl əsər hələ də dilimizə çevrilməyib, ya bəlkə çevrilib, mənim xəbərim yoxdur?) məni  daha çox təsirləndirdi. Yaşadığım rayondakı rayon qəzetində bu barədə bir məqalə yazmışdım. Birinci katib sifariş etmişdi ki, kitabı oxumaq üçün müvəqqəti ona verim. (Sonradan bildim ki, həqiqətən mütaliəsi olan adammış)
Məni yazıçılıqdan çıxardıb adi oxucu edən, necə deyərlər, əməlli-başlı ağladan əsər isə Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”ı olub. İnanın, mən o böyük yazıçının bütün əsərlərini sevə-sevə oxumuşdum, amma “...  “Alabaş” mənə elə təsir etdi ki, bir müddət heç nə yaza bilmədim. Bu, təxminən bir neçə ay davam etdi. Və bu gün də həmin əsərə sevgim o səviyyədədir.
Mənim ədəbi taleyimdə xüsusi rol oynamış  böyük yazıçı Sabir Əhmədlinin bir əsəri  barədə də danışmaq istərdim. “Qanköçürmə stansiyası” adlanan  həmin əsərdə  bir səhnə var. Malı kəsirlər, boynundan qan tökülə-tökülə onu kəsənlərin əlindən çıxıb şəhər boyu qaqçır. Bu  əsər  məncə, dünya ədəbiyyatının ən nadir  incilərindəndir.
Nəhayət, bu günlərdə gənc dostum, hazırda hərbi xidmətdə olan (bu sətrlər yazılanda zaman o zaman idi) istedadlı qələm sahibi Şəhriyar del Geraninin “Edam hörüyü” romanını oxuyub valeh oldum. (Əsəri adamın gözünə girən qüsurları ilə bərabər sevmişdim) Fəxr etdim ki, bu gün Azərbaycan ədədiyyatında belə gənclik yetişir. Və bir də ona sevindim ki, deyəsən, mənim uzun illərdən bəri  həsrətində olduğum ədəbi intibahın işartıları görünməkdədir. Mənə inanmayanlar onda gedib Aqşinin “147 dənə sən”ini, Alpay Azərin “Şax yeriyənlər”ini və hələ heç bir kitabı-zadı çıxmayan Mübariz Örənin hekayələrini  oxusunlar.
...Bir də vaxtınız-olub eləsə, lütfən başqa yerə yozmayın, Azad Qaradərəlinin də yazı-pozu adına əlinizə keçəni olsa, ora-burasına baxarsınız. Bu, özünəheyranlıq deyil, sadəcə bir özünəinamdır.
Başdan buracan yazdıqlarımı vərəqləsəniz, peşmançılıq çəkməyəcəyinizə əminəm.

S.A.( Mən P.S. yerinə Söz Ardı yazıram)

1. Bəziləri yoxsulluğu pulsuzluq, mənsəbsizlik  kimi başa düşür. Həqiqətən o kopayoğlu şeydir. Amma mən işimi və həm də nisbətən babat olan aylıq qazancımı itirəndən sonr da belə əsl yoxsulluğun kitabsızlıq olduğu düşüncəsindəyəm. Nəcib Məhfuzun lap yenicə bitirdiyim “Yeni Qahirə” (bu kitabı da o qrafaya yazın) romanında deyildiyi kimi:”Yoxsulluq dərhal hiss olunan acı bir həqiqətdir.”
2. Bu da Ziqmund Freydin sözüdür:"Bizim bütün davranışlarımızın iki qaynağı vardır: olduğumuzdan daha da böyük olmaq diləyi..." (“Yazı” dərgisi, 10-11-ci saylar, Araz Gündüzün tərcüməsində)
O istəyin yolu kitablardan keçir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.